close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbriz Həbsxanasında saxlanılan İbrahim Asimani aclıq aksiyasının dördüncü günündə

İyul 25, 2022
1 dəqiqədə oxunur
Təbriz Həbsxanasında saxlanılan İbrahim Asimani aclıq aksiyasının dördüncü günündə

Təbriz mərkəzi həbsxanasında saxlanılan Azərbaycanlı mədəni fəal İbrahim Asimani (Azəroğlu) vəziyyətinə diqqət yetirilmədiyi və yersiz həbsi səbəbindən aclıq aksiyasının dördüncü gününə qədəm qoyub.

Cənab Asimani İyulun 15-da Urmu gölünün acınacaqlı durumu və hökümətin bu faciəyə diqqətsizliyindən ötürü başveren etiraz aksiyasındaTəbrizdə həbs edilmişdi.

Cənab Asemani 21 iyul 2022-ci il tarixli açıq məktubda 22 iyul cümə günündən aclıq aksiyasına başlayacağını bildirmişdi.

O bildirmişdir: “Məni kəşfiyyatçılar 2022-ci il iyulun 15-də günahsız yerə bazarda həbs etdilər. Əgər məmur savadsızdırsa, ən azı müstəntiqi savadlı olmalıdır, savadlı və ziyalı deyilsə, niyə o, müstəntiq o postun sahibidir? Mən günahsızam və bir neçə gündür ki, həbsdəyəm, onlara dedim ki, günahsızam, üzr istəsinlər, vəziyyətim həll olunmasa, bir gündən sonra aclıq aksiyasına başlayacağam”.

Həmçinin Təbriz zindanında həbsdə olan mədəni fəal Əkbər Əbülzadə 8 günlük aclıq aksiyasından sonra dünən aclıq aksiyasını dayandırıb.

Bu Azərbaycanlı fəalın həyat yoldaşı Sara Xuda Kərmi məlumat verib ki, Təbriz Mərkəzi Həbsxanasının rəisi və Doğu Azərbaycan Əyalətinin Həbsxanalar Baş Müfəttişinin cənab Əbülzadə ilə görüşündən və məzuniyyət vədindən sonra o 8 gün sonra aclıq aksiyasını dayandırıb.

Xatırlatmalıyıq ki, Əkbər Əbülzadə, mədəni fəaliyyətinə görə dəfələrlə həbs olunub.

Tehranda yaşayan inşaat mühəndisi Əkbər Əbülzadə 2015-ci il noyabrın 9-da Azərbaycanın şəhərlərində İran İslam Respublikası TV-sində yayımlanan təhqiredici proqrama (Fitilə) etirazlarla eyni vaxtda Əhərdə həbs edilmişdi.

Şərhlər

Xəbərlər

Belçika məhkəməsi Əsədullah Əsədinin İrana ekstradisiyasını müvəqqəti olaraq qadağan edib

İyul 23, 2022
1 dəqiqədə oxunur
Belçika məhkəməsi Əsədullah Əsədinin İrana ekstradisiyasını müvəqqəti olaraq qadağan edib