close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Batı Azərbaycanda bu ilin son 4 ayında 32 nəfər suda boğulub

İyul 25, 2022
1 dəqiqədə oxunur
Batı Azərbaycanda bu ilin son 4 ayında 32 nəfər suda boğulub

Batı Azərbaycan Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdiri deyib: Bu ilin son 4 ayında 32 nəfər suda boğulub ki onlardan 24 nəfəri həyatını itirib.

Baqir Bəhrami əlavə edib: Başqa qüvvələrin çabası və axtarışı ilə əyalətdə 32 nəfər boğulmuş, onlardan 8 nəfəri Təcili Tibbi Yardım Mərkəzinə çatdırılmış, təəssüf ki, 24 nəfər təcili yardım gələnə qədər və ya təcili yardım hadisə yerinə çatdıqdan bir neçə saat sonra sudan ölü olaraq çıxarılmışlar.

Əyalətin xəstəxanayaqədər təcili yardım mərkəzinin rəisi deyib: Bu müddət ərzində əyalətin bəndlərində 9 nəfər, çayda 17 nəfər, hovuz, kanal və s. yerlərdə isə 6 nəfər batıb.

əyalətin şəhərlər üzrə boğulmaların sayının statistikasına gəlincə, ən çox suda boğulanlar arasında Qoşaçay şəhəri 7 hadisə, Sarıdaş şəhəri 7 hadisə və Urmiya şəhəri 5 hədisə ilə ən çox boğulma hadisələrinin yaşandığı şəhərlərdir.

Batı Azərbaycan Regional Su Təsərrüfatı Şirkəti bildiriş yayaraq vətəndaşlardan bu əyalətin bəndlərində və su obyektlərində çimməkdən çəkinməyi xahiş edib.

iki gün bundan önce Sarıdaş və Çayparada bir gənc və bir yeniyetmə suda boğularaq həyatlarını itiriblər.

Şərhlər

Xəbərlər

Təbriz Həbsxanasında saxlanılan İbrahim Asimani aclıq aksiyasının dördüncü günündə

İyul 25, 2022
1 dəqiqədə oxunur
Təbriz Həbsxanasında saxlanılan İbrahim Asimani aclıq aksiyasının dördüncü günündə