close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İrana ekstradisiya edilməməsi üçün Əsədullah Əsədinin Amerikaya köçürülmə ehtimalı vardır

İyul 26, 2022
1 dəqiqədə oxunur
İrana ekstradisiya edilməməsi üçün Əsədullah Əsədinin Amerikaya köçürülmə ehtimalı vardır

Belçikanın iki qəzeti 25 İyul-da ABŞ-ın İslam Respublikasının bombardmançı diplomatı Əsədullah Əsədinin Belçikadan ABŞ-na ekstradisiyası üçün istək göndərməyi nəzərdən keçirdiyini yazıb.

Bu qəzetlərə görə, Amerika bu yolla Əsədullah Əsədinin İranda olan avropalı məhbuslarla mübadiləsinin qarşısını ala bilər.

Belçikanın parlamenti ötən çərşənbə günü məhkumlarının İrana köçürülməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

İki Belçika qəzetinin yazdığına görə, bu qanun layihəsi təsdiq edildikdən sonra Əsədullah Əsədinin İranda həbsdə olan Belçika vətəndaşı, Beynəlxalq Yardım Təşkilatının keçmiş üzvü Olivier Fandecastille, eləcə də İranda casusluq ittihamı ilə edama məhkum edilmiş Belçikanın VUB Universitetinin İran-İsveç vətəndaşı Əhmədriza Cəlali ilə mübadiləsinə yol açacaq.

Lakin Brüssel Apellyasiya Məhkəməsi iyulun 22-də Əsədullah Əsədinin İrana ekstradisiyasının müvəqqəti qadağan edilməsi barədə qərar çıxarıb. Bu məhkəmə “iddiaçıların hüquqlarını pozma ehtimalına” toxunaraq, bu ölkə hökumətinin Əsədullah Əsədi İrana təhvil verməməsi barədə qərar çıxarıb.

İki Belçika qəzetinin yazdığına görə, ABŞ Əsədullah Əsədinin İrana ekstradisiyasına qarşı çıxacaq və hətta Əsədulla Əsədini təslim almaya çalışacaq. Bu hərəkət hüquqi baxımdan mümkündür, çünki bu diplomat ABŞ tərəfindən də mühakimə olunur.

Bu qəzetlərin xəbərlərinə görə, Əsədullah Əsədinin işində iddiaçılardan biri də Xalqın Mücahidlərinin Paris yaxınlığındakı toplantısında iştirak edən amerikalı Linda Çavesdir.

İranlı diplomat Əsədullah Əsədi 2021-ci ilin mayında Xalqın Mücahidləri Təşkilatının 2018-ci ildə Parisdə keçirilən toplantısında partlayış planlaşdırma cinayətinə görə 20 il həbs cəzasına məhkum edilib. O zaman Əsədi İslam Respublikasının Avstriyadakı səfirliyinin üçüncü katibi idi, lakin Almaniyada həbs edilərək Belçikaya təhvil verilib.

Əsədullah Əsədinin terror aktını həyata keçirmək cəhdində daha 3 şəriki olub və onlar da mühakimə olunub və ağır cəzalara məhkum ediliblər.

Bu ortaqlar arasında Əmir Səduni və Nəsime Noami hər biri 18 il, Mehrdad Arefani isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxslərin Belçika vətəndaşlığı da ləğv edilib.

Şərhlər

Xəbərlər

Batı Azərbaycanda bu ilin son 4 ayında 32 nəfər suda boğulub

İyul 25, 2022
1 dəqiqədə oxunur
Batı Azərbaycanda bu ilin son 4 ayında 32 nəfər suda boğulub