close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Doğu Azərbaycanda koronaya yoluxanların sayında artım var

İyul 27, 2022
1 dəqiqədə oxunur
Doğu Azərbaycanda koronaya yoluxanların sayında artım var

Doğu Azərbaycan valisi korona xəstələrinin sayının artdığını açıqlayıb və deyib: Səhiyyə Nazirliyinin məlumatına görə, Doğu Azərbaycan səyahətlərin artması və əyalətə turistlərin gəlməsi ilə ölkənin yüksək riskli 6 əyalətdən biridir.

O, davam etdi: Bu vəziyyət idarə olunmazsa və sağlamlıq qaydalarına əməl olunmazsa, əyalətdə şəhərlərin qırmızıya çevrilməsi və xəstəxanaya yerləşdirilmələrin və itkilərin artması ehtimalı yüksəkdir.

Xorrəm dedi: Məhərrəmlik və Səfər günlərinin yaxınlaşması və yas mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq dini qurumlar və İslam Təbliğat Təşkilatının məsul şəxsləri sağlamlıq qaydalarına riayət etməyə, o cümlədən mərasimlərin mümkün qədər açıq yerlərdə keçirilməyi xahiş edirem.

Təbriz Tibb Elmləri Universitetinin rəisi ayrıca qeyd edib ki, Azərşəhr, Marağa və Horand şəhərləri narıncı, 10 şəhər sarı, 8 şəhər isə mavi durumdadır: Təəssüf ki, Doğu Azərbaycan əyalətində xəstəxanaya yerləşdirilənlərin sayı öncəki aylarla müqayisədə artır; belə ki, son 24 saat içində 125 nəfər xəstəxanaya yerləşdirilib və 69 nəfər isə sağaldıqdan sonra xəstəxanadan buraxılıb.

Bəhmən Nəqipur sözünə davam etdi: Korona xəstəliyindən ölənlərin sayı sıfır idi, son bir həftədə hər gün bir nəfər Korona xəstəsi həyatını itirib və son bir həftədə 3 nəfərə çatıb.

O, peyvəndin vurulmasının xəstəxanaya yerləşdirmə və ölüm hallarını yüzdə 80-90 azaltdığını diqqətə çatdırıb və qeyd edib: 60 yaşdan yuxarı və əsas xəstəliyi olan insanlarda xəstələnmə nisbəti daha yüksəkdir və bu insanlarda xəstəliyin şiddəti yüksək olduğundan, peyvəndin xatırladıcı dozasını yeritmək lazımdır.

Şərhlər

Xəbərlər

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü: İranın nüvə böhranı dərinləşir

İyul 26, 2022
1 dəqiqədə oxunur
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü: İranın nüvə böhranı dərinləşir