close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İran sanksiyalara baxmayaraq, neft gəlirlərinin yüzdə 55 artdığını deyir

İyul 27, 2022
1 dəqiqədə oxunur
İran sanksiyalara baxmayaraq, neft gəlirlərinin yüzdə 55 artdığını deyir

İran bu ilin ilk dörd ayında sanksiyalara baxmayaraq neft gəlirlərinin keçən illə müqayisədə yüzdə 55 artdığını bildirir.

Bu barədə İranın neft naziri Cavad Oci hökumətin iclasından sonra bildirib “Bu ilin ilk dörd ayında gəlirlərin toplanması ötən dörd ayla müqayisədə artıb və bizdə neft, qaz kondensatının toplanması və satışı, qaz ixracı üzrə yüzdə 55 artım müşahidə olunub”.

Cənab Oci deyib: “Bu ilin aprelindən iyul ayına qədər biz qaz ixracından təxminən 4 milyard dollar topladıq ki, bu da 1400-cü ildəki ümumi qaz ixracına bərabər idi”.

İranın neft, qaz və neft-kimya sənayesi ABŞ tərəfindən sanksiyalara məruz qalıb və ABŞ bank və maliyyə sanksiyaları tətbiq etməklə İranın beynəlxalq bank şəbəkəsinə çıxışına icazə vermir.

Amerikada bəzi siyasətçilər Joe Biden hökumətini İrana qarşı neft sanksiyalarının tətbiqində sərtlik nümayiş etdirmədiyinə görə tənqid ediblər.

Amerika hökuməti bu məsələni inkar edir, lakin cənab Biden hökumətinin tənqidçiləri deyirlər ki, o, bunu İranı razı salmaq və bu ölkəni JCPOA nüvə anlaşmasının bərpası üzrə danışıqlara sövq etmək məqsədi ilə edir.

İran daxilində bəzi siyasətçilər deyirlər ki, neft satışlarının artması və onun maliyyə resurslarına çıxışın artması ilə JCPOA-nı canlandırmağa ehtiyac yoxdur və ya ən azından ona qayıtmağa tələsmək yaxşı deyil.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Doğu Azərbaycanda koronaya yoluxanların sayında artım var

İyul 27, 2022
1 dəqiqədə oxunur
Doğu Azərbaycanda koronaya yoluxanların sayında artım var