Xoyda yaşayan Azərbaycanlı mədəni fəal Cavad Əhmədi Yekanlı rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 ay, rəhbərliyi təhqir etmək ittihamı ilə 16 ay, ümumilikdə isə 2 il həbsə məhkum edilib.
Xoy inqilab məhkəməsinin birinci şöbəsinin hakimi Məhəmməd Moradi bu hökmü qiyabi olaraq çıxardıb.
Azərbaycanlı mədəni fəalın qərardan apellyasiya şikayəti vermək üçün 20 gün, apellyasiya müddəti bitdikdən sonra isə apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.
Azərbaycanlı mədəni fəal Cavad Əhmədi Yekanlı 2 oktyabr 2022-ci il atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Xatırlatmalıyıq ki bu mədəni fəal daha öncələr də mədəni fəaliyyətinə görə, o cümlədən 2017-ci il mayının 4-də 2006 may hadisələrində ölənlərin anma mərasimində həbs edilmişdi.
Şərhlər