close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycanlı vəkil Sina Yusifi İsfahan Cinayət Məhkəməsinə çağırılıb

Oktyabr 16, 2023
1 dəqiqədə oxunur
Azərbaycanlı vəkil Sina Yusifi İsfahan Cinayət Məhkəməsinə çağırılıb

Almaniyada yaşayan hüquqşünas, Azərbaycan İnsan Haqları Təşkilatının müavini Sina Yusifi bildiriş vasitəsilə “kompüter vasitəsilə yalan yaymaq və sistemə qarşı təbliğat aparmaq” ittihamlarını müdafiə etmək üçün İsfahanın Cinayət Məhkəməsinə çağırılıb.

Cənab Yusifi öz Twitter hesabında elektron bildiriş dərc edərək yazıb: “İsfahan evinin işi üzrə İnqilab Məhkəməsinin çıxardığı qeyri-insani edam hökmünə etiraz etmək üçün oktyabrın 22-də İsfahan Cinayət Məhkəməsinin 116 saylı şöbəsində mühakimə olunacağam.

Həqiqəti zorla, hədə-qorxu ilə, təzyiqlə gizlətmək olmaz...”

Sina Yusifi bu il oktyabrın 14-də Vəkillər Birliyinin İnsan Haqları Komissiyasında son etirazlarda həbs olunan vətəndaşlar üçün müdafiə komitəsinin yaradılması barədə məlumat vermişdi.

O, oktyabrın 15-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 27 Oktyabrda məhkəməyə qədər qirov qarşılığında Təbriz Mərkəz Həbsxanasından sərbəst buraxılıb.

Şərhlər

Məhbuslar

İbrahim Əvəzzadənin anası: Məhkəməyə sürəkli getdiyimiz üçün bizi həbslə hədəliyiblər

Oktyabr 16, 2023
1 dəqiqədə oxunur
İbrahim Əvəzzadənin anası: Məhkəməyə sürəkli getdiyimiz üçün bizi həbslə hədəliyiblər