close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

İbrahim Əvəzzadənin anası: Məhkəməyə sürəkli getdiyimiz üçün bizi həbslə hədəliyiblər

Oktyabr 16, 2023
1 dəqiqədə oxunur
İbrahim Əvəzzadənin anası: Məhkəməyə sürəkli getdiyimiz üçün bizi həbslə hədəliyiblər

Mədəni fəal İbrahim Əvəzzadənin (Eyvazoğlu) vəziyyəti ilə bağlı ailəsinin məhkəmə orqanlarına dəfələrlə baş çəkməsindən sonra, o 14 oktyabr 2023-də iki həftə sonra ailəsi ilə telofonla danışa bilib.

Bu azərbaycanlı fəalın anası bir səs faylda ailə üzvlərinin oğlunun vəziyyətini izləmək və məlumatlandırmaq üçün məhkəmə orqanlarına çoxsaylı müraciətlərinə istinad edərək, İbrahim Əvəzzadənin ittihamlarının artırılması ehtimalı ilə bağlı telefon danışığından və məhkəmə orqanının onları həbs ilə təhdidindən bəhs edir.

Yayılan səs faylında cənab Əvəzzadənin anası deyir: “Salam, mən İbrahim Əvəzzadənin anasıyam, İbrahimin vəziyyətindən narahat olanların hamısının məlumatı üçün demək istəyirəm ki, cümə axşamı, oktyabrın 16-da həyat yoldaşımla birlikdə dəfələrlə məhkəməyə müraciət etdik və İbrahimin vəziyyətini öyrənmək istədik və orada bizi həbs edəcəkləri ilə hədələdilər”.

Bu azərbaycanlı fəalın anası əlavə edib: “Oktyabrın 14-də İbrahim Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından zəng vurdu və Kəşfiyyat İdarəsinin təzyiqi ilə bizə dedi ki, onun vəziyyəti barədə məlumat vermiyək, çünki [müstəntiqin dediyinə görə] onun ittihamları əlavə olunacaq. Mənim uşağım cinayətinə əlavə oluna biləcək bir cinayət törətməyib, İbrahimə zülm edib, övladı və ailəsi ilə görüşməkdən məhrum edilib”.

Qeyd edək ki, İbrahim Əvəzzadə oktyabrın 1-i səhər saarlarında Tehranda bacısının evində həbs edilib.

Bundan öncə bu azərbaycanlı fəalın bacısı demişdi ki, "Səhər saat 7-də 8 mülki geyimli təhlükəsizlik məmuru heç bir arayış göstərmədən zorla evə daxil olub və İbrahimi həbs etdilər",- fəalın bacısının bundan əvvəl sosial mediada yaydığı məlumatda qeyd edilib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Moləvi Əbdülhəmid: İsrailin məhvi mümkün deyil

Oktyabr 13, 2023
1 dəqiqədə oxunur
Moləvi Əbdülhəmid: İsrailin məhvi mümkün deyil