close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Üç siyasi fəal 45 il həbsə məhkum edilib

Yanvar 9, 2024
2 dəqiqədə oxunur
Üç siyasi fəal 45 il həbsə məhkum edilib

Tehran əyalətinin Apellyasiya Məhkəməsi siyasi fəallar Riza Məhəmməd Hüseyni, Məhbubə Rizayi və Səmanə Noruz Muradini 45 ildən artıq həbs cəzasına məhkum edib.

İrandakı insan haqları fəalları qrupunun xəbər orqanı olan “Harana” 8 yanvar bazar ertəsi elan edib ki, bu siyasi fəalların hökmləri bu yaxınlarda Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən verilib.

Bu xəbərə görə, Məhəmməd Hüseyni on dörd il altı ay həbs və cərimə, xanım Rizayi 19 il 9 ay həbs və səkkiz milyon tümən pul cəriməsi, xanım Noruz Muradi isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İslam Cinayət Qanununun 134-cü maddəsinin tətbiqi ilə müttəhimlərin hər birinə ən ağır cəza, yəni Səmanə Noruz Muradi üçün beş il, Riza Məhəmməd Hüseyni və Məhbubə Rizayi üçün altı il üç ay həbs cəzası tətbiq olunacaq.

Hakim Məhəmməd Riza Əmuzadın sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilən ilkin məhkəmədə cənab Məhəmməd Hüseyni 21 il səkkiz ay, xanım Rizayi 26 il 5 ay və xanım Noruz Muradi isə 13 il 9 ay müddətinə və ümumilikdə 61 il on ay həbs və sosial məhrumiyyətlərə məhkum edilmişdir.

Teatr rejissorluğu üzrə magistr dərəcəsini bitirmiş və konstitusiya fəalı Səmanə Noruz Muradi keçən il aprelin 24-də Tehranın batısında yerləşən evində İran İslam Respublikasının təhlükəsizlik agentləri tərəfindən həbs edilib və mayın 6-da o, Evin həbsxanasının qadın şöbəsinə köçürülüb və o, hələ də Evin həbsxanasındadır.

Məhbubə Rizayi 22 may 2023-də həbs edilərək Evin həbsxanasına köçürülüb. Məlumatlara görə, onun ittihamları milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq və İran İslam Respublikası əleyhinə təbliğatdır.

Riza Məhəmməd Hüseyni, keçən fevral ayında siyasi məhbuslara amnistiya elan edildikdən sonra azad edilsə də, bu il mayın 11-də təhlükəsizlik orqanları tərəfindən yenidən həbs edilib.

O, 2019-cu il mayın 26-da Xalid Pirzadə ilə birlikdə İK Kəşfiyyatı (SAS) tərəfindən şüarlar yazarkən həbs edilib. O, 2A palata kimi tanınan Evin həbsxanasında İK-nin təcridxanasında üç ay həbsdə qaldı.

Bu siyasi fəal Tehran İnqilab Məhkəməsinin 29-cu şöbəsində hakim Məhəmməd Riza Əmuzadın sədrliyi ilə keçirilən iclasda 7 il, rəhbərliyi təhqir etdiyinə görə 3 il, ölkəyə qanunsuz giriş-çıxışa görə 3 il və əabitlərin əmrinə siqqət verməmək ittihamı ilə il yarım, ümumilikdə isə 16 il yarım azadlıqdan məhrum edilib və ötən ilin fevral ayına qədər həbsdə olub.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Xameneinin müşaviri İsrailin xeyrinə casusluq ittihamı ilə edam edilib

Yanvar 8, 2024
1 dəqiqədə oxunur
Xameneinin müşaviri İsrailin xeyrinə casusluq ittihamı ilə edam edilib