close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

2022-ci il etirazlarında Gilanda saxlanılan üç məhbus muhakimə ediləcək

Dekabr 27, 2023
1 dəqiqədə oxunur
Sağdan: Mehdi Mirzayi, Hafiz Fərvəhi, və Arman Sedgi
Sağdan: Mehdi Mirzayi, Hafiz Fərvəhi, və Arman Sedgi

İranwire-ə verilən məlumata görə, ötən il Gilan əyalətində keçirilən etirazlar zamanı həbs edilən üç nəfərə, yəni Hafiz Fərvəhi, Mehdi Mirzayi və Arman Sedginin ittihamlarına Rəştdə məhkəmədə baxılacaq.

İranwire-ə çatan xəbərə görə, bu üç nəfərin ittihamları və onların mümkün cəzası ağırdır və bu üç nəfərin vəziyyəti ilə bağlı az məlumat verildiyi üçün onların tez bir zamanda mühakimə olunacaq və ağır cəzaya məruz qalacaqlar.

Hafiz Fərvəhi, Mehdi Mirzayi və Arman Sedgi 19 yanvar 2023-ci ildən həbsdədir. Ayrıca, İranwire-in məlumatları göstərir ki, silah əldə etmək və silahlı hərəkətə cəhd etmək bu insanlara aid edilən ittihamlardır.

Bundan öncə Harana xəbər agentliyi Gilan əyalətindən olan üç məhbus vətəndaş Hafiz Fərvəhi, Mehdi Mirzayi və Arman Sedgi Sabitin həbsindən 10 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də Rəştdəki Lakan həbsxanasında olduqlarını bildirmişdi.

Ayrıca, Harana xəbər agentliyi cənab Fərvəhinin və Mənuçehr Fəllahın 25 sentyabrdan girov qoyduqdan sonra da saxlanmaları barədə məlumat yayıb. Görünür, işin müstəntiqi qirov buraxılmasına baxmayaraq, həmin şəxslərin müvəqqəti azadlığa buraxılmasına qarşı çıxıb.

Bu xəbərə görə, Mənuçehr Fəllah 2023-cü ilin iyulunda Rəşt hava limanında həbs edilib, lakin daha üç nəfər ötən ildən Rəştdəki Lakan həbsxanasında tutulur.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Xumeyni və Xameneini “təhqir etmək” də daxil olmaqla, on bir siyasi fəalın məhkəməsi keçirilib

Dekabr 26, 2023
1 dəqiqədə oxunur
Xumeyni və Xameneini “təhqir etmək” də daxil olmaqla, on bir siyasi fəalın məhkəməsi keçirilib