close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Evin həbsxanasında 61 siyasi məhbus qadına təhlükəsizlik və məhkəmə təzyiqi artırılıb

Yanvar 3, 2024
1 dəqiqədə oxunur
Evin həbsxanasında 61 siyasi məhbus qadına təhlükəsizlik və məhkəmə təzyiqi artırılıb

Evin həbsxanasının qadın palatasında saxlanılan 61 siyasi məhbus qadına təhlükəsizlik və məhkəmə təzyiqləri şiddətlənib və onlardan 13-nün telefon danışığı hüququndan məhrum edilib. 16 məhbus qadın müalicədən məhrum edilib, daha 19 qadın isə Evində bəlirsiz durumda saxlanılır.

Evin həbsxanasının qadın bölməsində saxlanılan 61 siyasi-vicdan məhbusdan dördünün yaşı 70-dən yuxarı, 10-unun isə 60-dan yuxarı olduğu bildirilir.

Siyasi məhbus, 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin İnstaqram səhifəsində bu barədə yazıb, yanvarın 10-na kimi Evin həbsxanasındakı siyasi və vicdan məhbuslardan 13 nəfərin telefon danışığı hüququndan məhrum edilib.

Həmin şəxslərin telefon danışıqlarından məhrum edilməsi siyasi məhbus qadınların Evin həbsxanasında məhkəmə rəsmilərinin oraya gəlməsinə etirazından sonra təhlükəsizlik və məhkəmə qurumlarının göstərişi ilə həyata keçirilib.

27 Dekabr 2024-də Tehran Əyalətinin həbsxanalarının 250 hakimi və ədliyyə işçisi Evin həbsxanasını ziyarət edib.

Evin həbsxanasının qadın palatasında saxlanılan qadın məhbuslar arasında 19 məhbus müvəqqəti həbsdədir və qəti hökmü çıxarılmadan bəlirsiz olaraq həbsdədir.

Bu qadınlardan bəziləri ağır ittihamlarla üz-üzədir.

Nərgiz Məhəmmədinin instaqram hesabında qeyd olunub ki, Evin həbsxanasındakı 61 siyasi və vicdan məhbus arasında üç qadın sağalmaz lupus, Parkinson və beyin şişi xəstəliyindən əziyyət çəkir, üç qadında xərçəng anamnezi var, dörd qadın kəskin sümük və oynaq xəstəliklərindən əziyyət çəkir və yeddi ürək xəstəliyi olan məhbus var.

Ötən illərdə İranda siyasi məhbusların tibbi müalicəsinin olmaması və həbsxana rəsmiləri tərəfindən onların lazımi müalicə hüququnun pozulması ilə bağlı çoxsaylı hesabatlar dərc olunub.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Dini Azlıqlar

Əhmədabad kəndinə hücum və bəhai kəndlilərinin torpaqlarının müsadirə edilməsi

Yanvar 2, 2024
1 dəqiqədə oxunur
Əhmədabad kəndinə hücum və bəhai kəndlilərinin torpaqlarının müsadirə edilməsi