close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

İnqilab Məhkəməsində “Ekbatan” işinin ilk iclasının keçirilməsi

Fevral 21, 2024
1 dəqiqədə oxunur
“Ekbatan qəsəbəsi” kimi tanınan işin ilk iclası 20 favral 2024-də İnqilab Məhkəməsində keçirildi.
“Ekbatan qəsəbəsi” kimi tanınan işin ilk iclası 20 favral 2024-də İnqilab Məhkəməsində keçirildi.

“Ekbatan qəsəbəsi” kimi tanınan işin ilk iclası 20 favral 2024-də İnqilab Məhkəməsində keçirildi.

Mahsa Amininin qətlindən sonra keçirilən kütləvi etirazlar zamanı Ekbatanda yaşayan səkkiz etirazçının adının daxil olduğu bu işdə iki cinayət və təhlükəsizlik bölməsi var, cinayət bölməsi Tehran Cinayət Məhkəməsinin birinci şöbəsində bir neçə iclasda keçirib və dörd təqsirləndirilən şəxs də müvəqqəti olaraq qirov qarşılığında sərbəst buraxılıblar.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Əbulqasım Sələvatinin sədrliyi ilə səkkiz müttəhimin iştirakı ilə keçirilən bu iş üzrə müttəhimlərin təhlükəsizlik ittihamları üzrə keçirilən ilk iclasda ittiham aktının oxunmasından sonra müttəhimlər “Müharibə”, “toplaşmaq və əlbir olmaq”, “Rəhbərliyi təhqir etmək”, “Rejimə qarşı təbliğat” və “Rejim əleyhinə fraksiya və qruplara üzv olmaq” kimi ittihamlardan müdafiə tələb olunub.

Keçən il Ekbatan qəsəbəsində Arman Əlivredi adlı Bəsic üzvünün öldürülməsi ilə bağlı həbs edilən səkkiz etirazçı, o cümlədən Milad Armun, Əliriza Kəfayi, Əmir Məhəmməd Xoş İqbal, Əliriza Bərməz Pörnək, Məhəmməd Mehdi Hüseyni, Hüseyin Neməti, Mehdi Imani Nəvid Nəcaran, məhkəmə iştirak ediblər.

Keçən noyabr ayında Qadın, Həyat, Azadlıq etirazları zamanı Bəsici qüvvələrinin üzvü Arman Əlivərdi Tehranın quzey-batısındəki Ekbatan qəsəbəsində öldürüldü, bundan sonra təhlükəsizlik qüvvələri bu qəsəbədə yaşayan 50 gənci həbs etdi və nəhayət həbs olunanlardan səkkizinə qarşı ittiham irəli sürdü.

Müttəhimlərdən birinin vəkili Payam Derəfaşan İranın Didban saytına bildirib ki, bu iş üzrə müttəhimlərdən dördü “müharibə”də ittiham olunur.

Bu vəkilin sözlərinə görə, Ekbatan işində “əsas qüsurlar” var və bu etirazçılara qarşı irəli sürülən ittihamlar onlara təzyiq və işgəncə ilə qəbul etdirilib.

Cənab Derəfşan Didban iran saytına bildirib ki, məhbuslardan biri ondan saxta ittihamı niyə qəbul etdiyini soruşan hakimə belə cavab verib: "Qəbul etməmək seçimim var idi?"

Bundan öncə bəzi hüquq-müdafiə təşkilatları bu işdə müttəhimlərə qarşı işgəncə və pis rəftar barədə məlumat vermişdilər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

“Ədalət Əli” haker qrupu məhkəmə sistemini sındırdığını və 3 milyon işin məlumatlarına çıxışı açıqlayıb

Fevral 20, 2024
1 dəqiqədə oxunur
“Ədalət Əli” haker qrupu məhkəmə sistemini sındırdığını və 3 milyon işin məlumatlarına çıxışı açıqlayıb