close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Türk mədəni fəaalların həbsi davam edir və onların vəziyyətindən xəbər yoxdur

Yanvar 15, 2024
1 dəqiqədə oxunur
Türk mədəni fəaalların həbsi davam edir və onların vəziyyətindən xəbər yoxdur

Türk mədəni fəallar Yürüş Mehrəli Bəyli və İbrahim Savalanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra ailələri ilə əlaqə və görüşdən və vəkillə görüşmək imkanından məhrum ediliblər və bu fəalların vəziyyətindən narahatlıqlar var.

Tanınmış azərbaycanlı fəal Yürüş (Ayət) Mehrəli Bəyli saxlanılmasının 70-ci günündə və yalnız 14 noyabr 2023-də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından ailəsi ilə [təxminən bir dəqiqə] danışa bilib.

30 dekabr 2023-də atasının evində həbs edilən Ərdəbil əyalətinin Xiyav (Meşqin Şəhr) şəhərinin sakini, jurnalist və tanınmış mədəni fəal İbrahim (Savalan) Rəşidi həbs olunduqdan sonra İran islam respublikasına qarşı təbliğat fəaliyyəti ittihamı ilə Ərdəbil şəhəri Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb və onun vəziyyəti ilə bağlı hələ də məlumat yoxdur.

Keçən il dekabrın 28-də Azərbaycanlı məhbuslara dəstək məqsədilə rep mahnısı ifa etdikdən sonra polis qüvvələri tərəfindən həbs edilən Türk repçi Milad Cəlili (İlşən) ailəsinin çoxsaylı müraciətlərinə baxmayaraq, Təbrizin mərkəzi həbsxanasından girov qarşılığında sərbəst buraxılmayıb.

İndiyədək həbs olunan fəalların ailələrinin bu fəalların durumu ilə bağlı məlumat almaq üçün çoxsaylı müraciətləri nəticəsiz qalıb və məhkəmə orqanları təhlükəsizlik qurumlarının təzyiqi ilə qanuni vəzifələrini yerinə yetirməkdən imtina edib.

Hazırda həbs olunan fəallardan əlavə Pərviz Siyabi Gürcan, Mahmud Ocaqlu, Əli Rəzizadə Nadarlı, Əsgər Fərəci, Əli Rizayi Havastan, Arəş Cohəri, Armita Pavir, Salih Mollaabbasi və... Evin, Təbriz, Ərdəbil və Əhər həbsxanalarında həbs çəkən Azərbaycanlı fəallardılar.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranda edam dalğasının davam etməsi; Kərəcdə azı 11 nəfər edam edilib

Yanvar 15, 2024
1 dəqiqədə oxunur
İranda edam dalğasının davam etməsi; Kərəcdə azı 11 nəfər edam edilib