close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Məhəmməd Riza Müvəhhid 35 günder bəlirsiz durumda saxlanılır

Oktyabr 18, 2023
1 dəqiqədə oxunur
Məhəmməd Riza Müvəhhid 35 günder bəlirsiz durumda saxlanılır

Məhəmməd Riza Müvəhhidin həbsindən 35 gün keçməsinə baxmayaraq, İranın məhkəmə və təhlükəsizlik rəsmiləri bu Türk mədəni fəalın ailəsi ilə əlaqə saxlamasına icazə verməyiblər.

13 sentyabr 2023-cü ildə Məhəmməd Riza Müvəhhid Təbrizdə İran təhlükəsizlik agentləri tərəfindən həbs olundu. Məhəmməd Riza Müvəhhidin bəzi qohumları onun həbsinin təhlükəsizlik qüvvələri tərəfindən döyülmələrlə müşayiət olunduğunu bildiriblər.

Beynəlxalq hüquq fakültəsinin yüksək lisans öyrəncisi və Türk mədəni fəallarından birinin həbsdə olduğu 35 gün ərzində ailəsi ilə əlaqə saxlamaması onun səhhəti ilə bağlı narahatlığı daha da artırıb.

Hələlik bu azərbaycanlı fəalın həbsinin səbəbləri, irəli sürülən ittihamlar və harada köçürülməsi barədə ətraflı məlumat yoxdur.

Məhəmməd Riza Müvəhhidin mədəni fəaliyyətinə görə çağırılma və həbs olunma keçmişi var.

Şərhlər

Xəbərlər

Yeni tədris ilinin dördüncü həftəsində “müəllim çatışmazlığı” böhranı davam edir

Oktyabr 17, 2023
ایران‌وایر
1 dəqiqədə oxunur
Yeni tədris ilinin dördüncü həftəsində “müəllim çatışmazlığı” böhranı davam edir