İran öyrənci mənbələrinin verdiyi məlumata görə, Tehran Universitetinin Sosial Elmlər Fakültəsinin rəisi “Qulamriza Cəmşidiha” öyrəncilərdən birinin öyrənci kartını təhqiredici davranışla götürüb və bu, fiziki münaqişəyə və Cəmşidihanın öyrəncilərə qarşı ədəbsiz hərəkətlərinə səbəb olub.
Ölkə Öyrəncilər İttifaqı Şurasının hesabatına görə, bu hadisədən xəbər tutan bir neçə kollec öyrəncisi bu öyrəncinin kartını almaq üçün rektorluğa gedib. Öyrəncilərlə ilkin qarşıdurma zamanı Cəmşidiha nalayiq sözlər və fiziki hücumlar edib, bir neçə əməkdaşın və idarə heyətinin üzvlərinin iştirakı ilə qışqırıb və deyib: "Bu gün döyüşə gəldim!" O, fakültəni “fahişəxana”, öyrənciləri isə “fahişə” adlandırıb və onları qovacağı ilə hədələyib.
Bu təhqirdən əsəbiləşən və narahat olan öyrəncilər kollecin ictimai məkanında Cəmşidihadan rəsmi üzr istəməsinə qədər aksiyalarını davam etdirəcəklərini açıqlayıblar. Çoxlu sayda təhlükəsizlik qüvvələrinin iştirakı ilə qeyd olunan öyrənci kartı öyrəncilər tərəfindən geri götürülüb və universitetin mühafizəsi öyrəncilərə dekanın təhqiredici davranışı ilə bağlı müşahidə kameralarının videolarına baxacaqlarına söz verib.
Keçirilən “Qadın, Həyat, Azadlıq” aksiyalarının əvvəlində universitet rəsmiləri və təhlükəsizlik qüvvələrinin öyrəncilərə qarşı rəftarı dəfələrlə xəbərlərə səbəb olub. Ancaq sosial elmlər kimi fakültə rəhbərinin öyrəncilərlə münaqişə şəraitində nalayiq sözlər işlətməsi, hədə-qorxu gəlməsi, bu cür gülünc davranışlar göstərməsi nadir haldır.
Şərhlər