close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

10 bəhai vətəndaş Evin həbsxanasının ümumi palatasına köçürülüb

Noyabr 7, 2023
1 dəqiqədə oxunur
10 bəhai vətəndaş Evin həbsxanasının ümumi palatasına köçürülüb

İranwire-in əldə etdiyi xəbərə görə, Bəhai psixoloq Keyvan Rəhimiyan və bu ilin avqustunda həbs edilən bəhai bir ailənin 9 üzvü Evin həbsxanasının 209-cu palatasından bu həbsxananın 4-cü ümumi palatasına köçürülüb.

Evin həbsxanasının 209-cu palatası İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin nəzarəti altında olan ən məşhur təcridxanalarından biridir.

6 noyabr 2023-də Evin həbsxanasının ümumi palatasına köçürülən 10 bəhai vətəndaşından 9-u bu il avqustun 13-də Kəşfiyyat Nazirliyinin bəyanatında həbs olunduğu açıqlanan bəhai aptek sahibi ailəsinin üzvləridir.

Kəşfiyyat Nazirliyi yuxarıda qeyd olunan bəyanatda həmin bəhai vətəndaşların adlarını çəkmədən və heç bir sənəd təqdim etmədən onları “narkotik qaçaqmalçılıq və yığmaqda, səyahət dərmanlarında fırıldaqçılıqda, çirkli pulların yuyulmasında və vergidən yayınmada” ittiham edərək, 40 aptek və anbarın fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Evin həbsxanasının ümumi palatasına köçürülən başqa vətəndaş Keyvan Rəhimiyan da bəhai tərcüməçisi və psixoloqdur, 18 iyul 2023-də təhlükəsizlik qüvvələri tərəfindən şəxsi evində həbs edilmiş və həbs edildikdən sonra uzun müddət telefon zəngləri və ziyarətlərə icazə verilməmişdir.

Bu yaxınlarda həbs olunmazdan öncə cənab Rəhimiyan "İran Bəhai Ali Təhsil İnstitutu"nda (BIHE) psixologiya dərsi verdiyi üçün beş il həbs cəzası çəkmişdi.

Qeyd edək ki, Keyvan Rəhimiyanın atası 1984-cü ildə İslam Respublikasının məhkəmə orqanları tərəfindən həbs edilmiş və bəhai dininə etiqad etməkdə ittiham edilərək edam edilmişdir. Rəhimiyan ailəsinə edilən zalimliklərin hekayəsi Maziar Baharinin çəkdiyi "bir Şam yandır" adlı filmdə sənədləşdirilmişdir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Həris şəhərinin Saray kəndinin sakinləri günəş elektrik stansiyasının tikintisinə etiraz olaraq kəfən geyiblər

Noyabr 7, 2023
Həris şəhərinin Saray kəndinin sakinləri günəş elektrik stansiyasının tikintisinə etiraz olaraq kəfən geyiblər