İsrail mətbuatında çıxan xəbərlərə görə; Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (Şinbet) son iki həftədə üç İsrail vətəndaşını İran İslam Respublikasının kəşfiyyat agentlərinin rəhbərliyi altında milli təhlükəsizliyə qarşı hərəkətlər etmək ittihamı ilə həbs edib.
“The Times of Israel”in xəbərinə görə, şübhəlilərdən biri Elimelech Stern Telegramdan “ANNA ELENA” adlı profillə əlaqə saxlayıb.
Beyt Şamş şəhərindən olan 21 yaşlı İsrail sakininin əlaqə saxladığı şəxs Sterndən müxtəlif tapşırıqları yerinə yetirməsini, o cümlədən Təl-Əvivdə lövhələr asmağı, Qüds və Təl-Əvivin müxtəlif yerlərində pul gizlətməyi və paketləri İsrailli vətəndaşlsrın qapılarına çatdırmağı, bir heyvanın kəsilmiş başı, bıçağın yanında bir kuklanın kəsilmiş başı və təhdid mesajı, həmçinin meşəni yandırmaq kimi şeylər istəyib.
Təhlükəsizlik rəsmiləri bildiriblər ki, Stern, qətl törətmək və meşə yanğınları törətmək istisna olmaqla, ondan tələb olunan hərəkətləri etməyə razılaşıb.
Şin Bet-ə görə, bu İsrail vətəndaşı dicital valyuta vasitəsilə ödəniş alıb və ona oxşar işlərdə kömək etmək üçün daha iki israillini işə götürüb.
Şin Bet açıqlamasında əlavə edib: Sosial şəbəkələr vasitəsilə saxta şəxsiyyətlə İsrail vətəndaşları ilə əlaqə saxlamaq İran İslam Respublikası kəşfiyyat orqanlarının məşhur üsuludur.
Keçən il iki israilli İranın xeyrinə casusluq ittihamı ilə bəraət qazandı, digəri isə əlaqəli ittihamla mühakimə olundu.
Bu şəxslərin həbsi İsrailin Qəzzada İslam Respublikasının dəstəklədiyi Həmas qruplaşması ilə təxminən on aya yaxın döyüşdüyü bir vaxta təsadüf edir. İsrailin təhlükəsizlik qurumları bundan əvvəl İslam Respublikasının agentlərinin səyləri və insanlardan İsrailə casusluq etmək üçün istifadə etdiyinə dair bir neçə fakt barədə məlumat vermişdilər.
Şərhlər