Ərdəbil əyalətində iş yerləri, o cümlədən restoranlar, şirkətlər, mağazalar və bənzər yerlərə Türkcə adlarının qoyulmaması ilə bağlı xəbərdarlıq edilib.
Bununla bağlı Ərdəbil əyalətinin İctimai Məkanlara Nəzarət İdarəsi iş yerlərinə təlimat göndərib və bildirilib ki, bu qaydaları riayət etməyən iş yerlərinin fəaliyyət icazəsi ləğv ediləcək.
Bununla yanaşı ümumi qaydalara uyğun olaraq obyektlərə fars dilində olan adların qoyulması tövsiyə olunub.
2021-ci ilin dekabr ayında Tehranın polis idarəsinin rəisi "Nadir Muradi" paytaxtda həmkarlar ittifaqı təşkilatları üçün Türk adlarından istifadənin qadağan olunduğunu elan etdi və İrşad və Mədəniyyət Nazirliyinin polisə, həmkarlar ittifaqlarına verdiyi göstərişə əsasən, iş yerləri farsca adlar seçməlidirlər.
İranda, özəlliklə də Azərbaycanda uşaqlara, mağazalara, özəl şirkətlərə və istehsalatlara Türk adlarının seçilməsinə qarşı çıxmaq siyasəti İllərdir davam edir.
Şərhlər