close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Almaniyada yaşayan Türk vəkil Sina Yusifi Tehran Cəza Məhkəməsi tərəfindən həbsə məhkum edilib

Avqust 22, 2024
1 dəqiqədə oxunur
Almaniyada yaşayan Türk vəkil Sina Yusifi Tehran Cəza Məhkəməsi tərəfindən həbsə məhkum edilib

Tehran Cəza Məhkəməsi hazırda Almaniyada olan Türk vəkil Sina Yusifini “ictimai rəyi narahat etmək məqsədi ilə yalan yaymaq” ittihamı ilə 9 ay həbsə məhkum edib.

Tehran Əyaləti Cinayət Məhkəməsinin 1029 saylı Şöbəsinin çərşənbə günü, avqustun 21-də çıxardığı qərara əsasən, Tehran prokuroru Sina Yusifini İbrahim Rəisi daşıyan helikopterin qəzaya uğraması barədə “ictimai düşüncəni pozmaq məqsədi ilə yalan məlumat yaymaq” ittihamı ilə 9 ay həbsə məhkum edib.

Bu hökmün verilməsi ilə bağlı Sina Yusifi bildirib ki, İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra, may ayında Tehran Ümumi və İnqilab Prokurorluğunun 14-cü şöbəsində ona qarşı iş qaldırılıb və bu, əyalətin cinayət məhkəməsinə həvalə edilib.

Almaniyada yaşayan bu hüquqçu onu da bildirib ki, helikopter qəzasından sonra “Prezidentin ölümündən sonra insan haqlarının pozulması” başlıqlı qeyd yazıb və orada bölgəyə dəyən ziyanı şərh edən jurnalistləri, vəkilləri və sadə vətəndaşların həbsinə işarə edib.

Rəisi və yoldaşlarını daşıyan helikopterin Varziqan şəhəri yüksəkliyində qəzaya uğraması və onların ölümü geniş reaksiyalara səbəb olmaqla yanaşı, insanlar arasında sevinc dalğasına səbəb olub. Bu insanların İbrahim Rəisinin ölümünə reaksiyalarının davam etməsindən sonra İslam Respublikasının hakimiyyət orqanları İranda vətəndaşları hədələməyə və həbs etməyə başlayıblar.

Bu Azərbaycanlı vəkil daha öncə də İran hökumətinin məhkəmə sistemi tərəfindən həbs edilib və eyni zamanda Təbriz və İsfahanda məhkəmə sisteminin müxtəlif şöbəkərində bir neçə məhkəmə işi ilə üzləşib.

Şərhlər

Məhbuslar

İran İnsan Haqları Kampaniyası: Siyasi məhbuslar qəsdən tibbi xidmətdən məhrum edilirlər

Avqust 22, 2024
1 dəqiqədə oxunur
İran İnsan Haqları Kampaniyası: Siyasi məhbuslar qəsdən tibbi xidmətdən məhrum edilirlər