İran rəsmilərinin diqqətsizliyi nəticəsində “Milli Salar” kimi tanınan Bağır Xanın yüz illik evi zibilliyə və narkomanların toplaşdığı yerə çevrilib və tam dağılmaq ərəfəsindədir.
Bağır xanın evi Təbrizin “Salari” məhəlləsində yerləşir. Onun qorunması və bərpası üçün təcili tədbirlər görülməsə, bu tarixi ev tamamilə yerlə-yeksan olacaq.
İndi bu qiymətli evin divarı tamamilə dağılıb və yalnız Qacarlar dövrünün qapısı qalıb. Onun damı da bir çox yerdə uçub və duvarlarına çoxlu ziyan dəyib. Azərbaycanın bu tarixi evi 2018-ci ilin iyulunda da yanmışdı.
2022-ci ilin martında Təbrizin meri Yaqub Huşyar bu evin Təbriz bələdiyyəsi tərəfindən aldığını elan etmişdi. Ancaq Bağır xanın tarixi evi tam dağılmaq ərəfəsindədir.
Daha öncə Türk mədəni fəallar, mədəni irs təqibçiləri bu tarixi evin acınacaqlı vəziyyətdə olması ilə bağlı dəfələrlə xəbərdarlıq etmiş, onun təcili bərpasını və mühafizəsini tələb etmişdilər.
Şərhlər