Məclisin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayiş Ərdestani İslam Respublikasının Hizbullahın partlamış peycerlərinin alınmasında əli olduğunu bəyan edərək, İranın Didban saytına açıqlamasında Hizbullahın içinə sızıldığını və İbrahim Rəisinin də peycerdən istifadə etdiyini bildirib və deyib ki, mümkün ehtimal onun peycerinin partladığı helekopterin qəzasına səbəb olub.
22 Sentyabr günü Ərdestani “Dideban İran” internet saytına verdiyi müsahibədə İsrailin həm texnologiya, həm də öngörü baxımından üstünlüyə malik olduğunu bildirib.
O deyib ki, İsraillilərin bu cür əməliyyatlar üçün amerikalılar və bəzən də İsrail lobbiləri tərəfindən çəkilmiş Hollivud filmlərindən istifadə etmələri mümkündür.
Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü İran İslam Respublikasının kəşfiyyat nazirinin İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsində nüfuzun təsirinin olmaması ilə bağlı açıqlamalarını rədd edərək deyib ki, Haniyənin harda və hansı otaqda qaldığının bir sızma olmadan bilinməsi ağlabatan deyil.
HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə 31 İyulda Tehrandakı iqamətgahında hücuma məruz qalıb və mühafizəçilərindən biri ilə birlikdə öldürülüb.
Ərdestani Livan Hizbullah qüvvələri üçün xüsusi peycerlərin niyə alındığını soruşaraq deyib ki, İsrail yalnız Hizbullah qüvvələrinin müəyyən tip peycerdən istifadə etdiyini başa düşdükdə, bu peycerləri hədəf almağı planlaşdırıb.
O, Hizbullahın kəşfiyyat rəsmilərindən bu məsələlərin araşdırılmasını və bu qruplaşmaya sızmağa səbəb olan boşluqların qapatılmasını istəyib.
Bu il Sentyabrın 17 və 18-də Livanda peycerlərin partlaması nəticəsində Hizbullahın 30-dan çox üzvü ölüb və minlərlə insan yaralanıb.
Şərhlər