Reuters xəbər agentliyi İslam Respublikasının iki yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən xəbər verir ki, Livan Hizbullahı üzvlərinə məxsus minlərlə peycer və telsiz keçən həftə partladıqdan sonra İnqilab Keşikçiləri bütün üzvlərinə hər növ rabitə vasitələrindən istifadəni dayandırmağı əmr edib.
Adı açıqlanmayan bu təhlükəsizlik rəsmilərindən biri bu xəbər agentliyinə deyib: “İnqilab Keşikçiləri tərəfindən təkcə rabitə vasitələrinin yox, bütün cihazların yoxlanılması istiqamətində geniş əməliyyatlar aparılır”.
O əlavə etdi: “Bu cihazların əksəriyyəti ya əl istehsalıdır, ya da Çin və Rusiyadan gətirilib”.
Bu rəsmi əlavə edib ki, İslam Respublikası İsrail agentlərinin təsirindən narahatdır və İnqilab Keşikçiləri əməkdaşları, o cümlədən bu hərbi qurumun orta və yüksək rütbəli üzvləri ilə bağlı tam araşdırmaya başlanılıb.
Bu təhlükəsizlik işçisi dedi: “Bu təhqiqata insanların İrandakı və xaricdəki bank hesablarının yoxlanılması, həmçinin onların və ailələrinin səyahət tarixçələrinin yoxlanması daxildir”.
İranın Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirlikləri bu məsələyə münasibət bildirməyiblər.
Ötən çərşənbə axşamı koordinasiyalı hücumda İslam Respublikası tərəfindən dəstəklənən Livan Hizbullahının üzvlərinin peycer cihazları partladılıb.
Bir gün sonra Hizbullahın yüzlərlə telsizi partladı.
Bu hücumlarda 39 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.
Şərhlər