Ərdəbil Cümə imamı Həsən Amili, Livan Hizbullahının baş katibi, Həsən Nəsrullaha ünvanladığı məktubda bildirib ki, Ərdəbil, Təbriz, Urmiyə, Zəncan və hətta Bakı da daxil olmaqla müxtəlif şəhərlərdən olan iranlı gənclər israr edirlər ki, əgər İsrail ordusu Livana daxil olarsa İsrailə qarşı savaşmaq üçün orya getmək istirlər.
O, Nəsrullaha söz verib ki, əgər bu tələblə razılaşarsa, bu əhali çoxalacaq və iranlı gənclər düşmənin bütün planlarınl pozacaqlar.
“İRNA”nın məlumatına görə, “Əli Xamenei”nin Ərdəbil əyalətindəki nümayəndəsi bu açıq məktubda bildirib: İşğal olunmuş əraziləri idarə edən terrorçuların əsgərlərinin Livana girəcəyi təqdirdə Hizbullah döyüşçülərinin yanında olmağa tam hazırıq və əgər bir Hizbullah üzvü şəhid olarsa, bizdən 10 nəfər o böyük komandirlərin bayrağını daşımalıdır”.
Bu məktubun başqa bir hissəsində Ərdəbilin Cümə İmamı belə qeyd edir: “Mən heç bir xoşbəxtliyi İsraillə döyüşdə şəhid olmaqdan üstün hesab etmirəm”.
Şərhlər