close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İsrailin 13-cü kanalı: Tezliklə İslam Respublikasına qarşı çox böyük bir hücum olacaq

Oktyabr 22, 2024
1 dəqiqədə oxunur
İsrailin 13-cü kanalı: Tezliklə İslam Respublikasına qarşı çox böyük bir hücum olacaq

İsrailin 13-cü kanalı bildirib ki, bazar günü bu ölkənin siyasi və təhlükəsizlik kabinetinin nazirlərinə İslam Respublikasına qarşı çox böyük bir hücumun həyata keçiriləcəyi elan edilib.

Bu xəbərə görə, İsrailin İrana hücumu üçün hazırlıqlar davam edir və İsraildə THAAD raketdən müdafiə sisteminin quraşdırılması tamamlanıb.

Kanal 13 əlavə edib ki, İsrailin hesablamalarına görə, İslam Respublikası bu hücuma sərt cavab verəcək.

Daha öncə İsrailin Kan şəbəkəsi bu ölkənin yüksək rütbəli rəsmisinə istinadən xəbər vermişdi ki, hansı hərbi qüvvələrin hücuma keçməsi barədə qərar siyasi düzəydə verilib və məqsədlər bəllidir, ancaq zaman məsələsi qalır.

Yoav Galant da İsrailin İnqilab Keşikçilərinin raket hücumuna cavabı barədə demişdi: İrana hücumumuz ölümcül, dəqiq və heyrətləndirici olacaq və onlar nə baş verdiyini bilməyəcəklər.

1 oktyabr 2024-də axşam saatlarında İnqilab Keşikçiləri İsraili birbaşa raket hücumu ilə hədəfə aldı və bu hücumu İsmayıl Haniyə, Həsən Nəsrullah və Abbas Nilforoşanın öldürülməsinin qisasını almaq üçün həyata keçirdiklərini açıqladı.

 

 

Şərhlər

Dini Azlıqlar

İsfahan İnqilab Məhkəməsi 10 bəhai qadını 90 il həbs cəzasına məhkum edib

Oktyabr 21, 2024
IranWire
1 dəqiqədə oxunur
İsfahan İnqilab Məhkəməsi 10 bəhai qadını 90 il həbs cəzasına məhkum edib