close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Netanyahunun İran xalqına müraciəti: Azadlıq ümidinizi itirməyin

Noyabr 13, 2024
1 dəqiqədə oxunur
Netanyahunun İran xalqına müraciəti: Azadlıq ümidinizi itirməyin

İsrailin baş naziri Benyamin Netanyahu yeni video yayaraq, İran xalqını “azadlığa ümidini itirməməyə” çağırıb və deyib ki, “İsrail sizin yanınızdadır”.

Netanyahu ayrıca İran xalqını İslam Respublikasının İsrailə hücumunun nəticələri barədə xəbərdar edib və eyni zamanda “İranla barışıq və sülhü ehtiva edən gələcəyə” ümid etdiyini bildirib.

Netanyahunun sözlərinə görə, İslam Respublikasının İsrailə növbəti hücumu İrana milyardlarla dollara başa gələcək nəticələr verəcək.

Netanyahu ayrıca deyib ki, Xamenei rejiminin İsrailə hücumu 2,3 milyard dollara başa gəlib.

O İran xalqına xitabən deyib ki, “Mən bilirəm ki, siz savaş istəmirsiniz və İsrail xalqı da belə bir savaş istəmir”.

“Hər gün zəifləyən İslam Respublikasının İsraildən çox İran xalqından qorxduğunu” vurğulayan Netanyahu İran xalqından “azadlıq və hüquqi bərabərlik ümidini itirməməyi” istəyib və vurğulayıb ki, İsrail və Batı dövlətləri İran xalqının yanındadır.

Şərhlər

Dini Azlıqlar

Şirazda dörd bəhai vətəndaş kəşfiyyat məmurları tərəfindən həbs edilib

Noyabr 11, 2024
IranWire
Şirazda dörd bəhai vətəndaş kəşfiyyat məmurları tərəfindən həbs edilib