close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İnqilab Keşikçiləri: Sistan-Bəluçistanda İsraillə əlaqəli 11 nəfəri öldürüb və həbs edilib

Noyabr 13, 2024
IranWire
1 dəqiqədə oxunur
İnqilab Keşikçiləri: Sistan-Bəluçistanda İsraillə əlaqəli 11 nəfəri öldürüb və həbs edilib
İnqilab Keşikçiləri: Sistan-Bəluçistanda İsraillə əlaqəli 11 nəfəri öldürüb və həbs edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sözçüsü Əhməd Şəfai deyib: “Sistan-Bəluçistan əyalətində son 48 saat ərzində İsrailə bağlı 4 nəfər öldürülüb, 7 nəfər həbs edilib, daha 5 nəfər isə təhlükəsizlik qüvvələrinə təslim olub”.

“İsna”nın verdiyi məlumata görə, o, belə elan edib: “Əyalət əhalisinin dəstəyi və köməyi ilə son 48 saat içində İsrailə bağlı olan bu şəxslər həbs edilib və bəziləri öldürülüb”.

İslam İnqilabı Keşikçiləri Korpusu Qüds bazasının Təhlükəsizlik Şəhidləri adlı əməliyyatının sözçüsü bildirib: “Təhlükəsizlik Şəhidləri” əməliyyat təlimi təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə əvvəllər elan edilmiş ərazilərdə həyata keçirilir və İİKK Quru Qoşunlarının Qüds Bazasının komandirləri və əsgərləri təlimin məqsədlərinə çatana qədər əməliyyatı davam etdirəcəklər”.

Son günlər, özəlliklə də İran və İsrailin bir-birinin ərazisinə hərbi hücumlarından sonra İsrail və İranda casusluqda ittiham olunan şəxslərin həbsi artıb. Keçən oktyabr ayında İran İnqilabı Keşikçiləri Korpusu on iki nəfəri İsraillə “işə götürmək və əməkdaşlıq etmək” və “İran xalqına qarşı anti-təhlükəsizlik tədbirləri planlaşdırmaq” ittihamı ilə həbs etdiyini açıqlamışdı.

Ayrıca, Tehranda İsmayıl Haniyənin öldürülməsindən sonra “New York Times” xəbər yayıb ki, İnqilab Keşikçiləri Qvardiyasının əks-casus təşkilatı tərəfindən İsrail casusları və terror agentləri ilə 20-dən çox tanınmış məmur və yüksək vəzifəli şəxslərin kimliyini müəyyən etmək üçün geniş araşdırma başlayıb və həbs edib.

Son həftələrdə İsrail polisi və Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı bir israilli cütlüyü İrana casusluq etməkdə şübhəli bilinərək həbs etdiklərini açıqlamışdı.

Şərhlər

Xəbərlər

Netanyahunun İran xalqına müraciəti: Azadlıq ümidinizi itirməyin

Noyabr 13, 2024
1 dəqiqədə oxunur
Netanyahunun İran xalqına müraciəti: Azadlıq ümidinizi itirməyin