close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Dünya Bəhai İcması:  İran bəhailəri ölümdən sonra da təhlükəsiz deyillər

Aprel 4, 2023
2 dəqiqədə oxunur
Dünya Bəhai İcması:  İran bəhailəri ölümdən sonra da təhlükəsiz deyillər

Dünya Bəhai İcması 4 aprel bazar ertəsi günü, Kəşfiyyat Nazirliyinin bir bəhai vətəndaşın cəsədinin Xavəran qəbiristanlığında basdırılması ilə bağlı hərəkətini “həyasız və vəhşilik” adlandırıb və yazıb ki, bəhailər ölümdən sonra da təhlükəsiz deyillər.

Qərargahı Nyu-Yorkda olan Dünya Bəhai İcmasının bəyanatında deyilir ki, mərhum Bəhai vətəndaş Behzad Məcidi Kəşfiyyat Nazirliyinin agenti tərəfindən Xavəran qəbiristanlığında və Bəhai qəbiristanlığının yaxınlığında dəfn edilib.

Bu bəyanatda bildirilir ki, bu bəhai vətəndaşın məcburi dəfn edilməsi onun ailəsi Kəşfiyyat Nazirliyinin bu agentinin tələb etdiyi “həddən artıq rüsum”u ödəməkdən imtina etdikdən sonra həyata keçirilib.

Dünya Bəhai İcması Behzad Məcidinin dəfn üsulunu izah edərkən yazıb: “Kəşfiyyat Nazirliyinin rəsmisi mərhumun ailəsindən öncələr Bəhai icmasının mülkiyyətində olan və idarə etdiyi torpaqda dəfn olunmaq üçün hədsiz yüksək ödəniş tələb edib. O, ayrıca ailəni hədələyib ki, tələblərinin yerinə yetirilməməsi öncələr İslam Respublikası tərəfindən edam edilmiş siyasi məhbusları dəfn etmək üçün istifadə edilən Bəhai qəbiristanlığına bitişik yerdə dəfn ediləcəyi ilə nəticələnəcək.

Dünya Bəhai İcması öz bəyanatında əlavə edib ki, bu dinin ardıcılları Bəhai dininə görə öz ölülərini dəfn etmək hüququndan məhrum edilirlər, bəhai qəbiristanlıqlarının əməkdaşları həbs edilir və onların ailələri həbslə hədələnir.

Bu təşkilat qeyd edib ki, son dörd onillikdə çoxlu sayda Bəhai ziyarətgahı “müsadirə edilib və ya təhqir edilib”.

Dünya Bəhai İcmasının Cenevrədəki nümayəndəsi Simin Fəhəndej də bazar ertəsi öz Twitter səhifəsində bu bəyanatı təkrar edərək yazıb: “Bəhailərin cansız bədəni hakimiyyət üçün necə bir təhlükədir ki, həyatda onlara qarşı tətbiq olunan davamlı repressiyalardan sonra İran hökumətinin qəddar davranışı onların ölümündən sonra da onlarla davam edir?

Dünya Bəhai İcmasının bəyanatında morqda olan digər bəhai vətəndaş Firuzə Əxtər Xavərinin cəsədinin vəziyyəti ilə bağlı narahatlıq ifadə olunub.

Bu açıqlamaya görə, Kəşfiyyat Nazirliyinin agenti Xanım Xavərinin ailəsindən çoxlu miqdarda pul istəyib və əks halda “bu mərhumun cənazəsi cənab Məcidinin cənazəsi kimi Xavəran qəbiristanlığında dəfn olunacaq” deyib.

1979-ci ilin fevralında İslam İnqilabının qələbəsindən sonra bəhailər sistematik olaraq ayrı-seçkilik və qeyri-qanuni davranışlara, o cümlədən əsassız ittihamlarla əsassız həbslərə və həbslərə, təhsildən məhrum etmələrə, evlərin və əmlakların müsadirə edilməsinə, ziyarətgahlarının təhqir olunmasına məruz qalıblar.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Moləvi Əbdülhəmid: Bir etnik və bir din ölkəni idarə edə bilməz

Mart 17, 2023
1 dəqiqədə oxunur
Moləvi Əbdülhəmid: Bir etnik və bir din ölkəni idarə edə bilməz