close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Dünya Bəhai İcması Xavəran qəbiristanlığında 30-dan çox məzarın dağıdıldığını açıqlayıb

Mart 7, 2024
1 dəqiqədə oxunur
Dünya Bəhai İcması Xavəran qəbiristanlığında 30-dan çox məzarın dağıdıldığını açıqlayıb

Dünya Bəhai İcması bu həftə İranın paytaxtı Tehrandakı Xavəran qəbiristanlığında mərhum bəhailərə məxsus "30-dan çox məzarın" dağıdıldığını bildirib.

Bəhai icmasının bəyanatında deyilir: “Məmurlar qəbirlərin üzərindəki bəlirtiləri yığışdırıb, qəbirləri yükləyici və buldozerlərlə dağıdıblar ki, qəbirlərə bənzəməsin. Bu iş də elə görülüb ki, deyəsən o yerdə qəbir yox idi heç”.

Bu bəyanatda deyilir: “Ölülərin təhqir edilməsi İran hökumətinin 45 ildir davam edən bəhailəri sistematik şəkildə sıxışdırmaq kampaniyasının daimi aspektidir və bu, qəbiristanlıqla bağlı illərlə təqiblərdən sonra hələ də davam edir. Amma bu yeni məzarların dağıdılması İranda Bəhai icmasına qarşı misli görünməmiş və qeyri-insani hücumun sübutudur”.

Dünya Bəhai İcmasının sözçüsü Pədidə Sabiti bildirib ki, son bir neçə həftə ərzində bir neçə bəhai mərhum ailələrindən xəbərsiz Xavəranda dəfn edilib və bu həftə ailələr bu qəbiristanlığa gedəndə yaxınlarının məzarlarının dağıdılması ilə üz-üzə qaldılar.

Xanım Sabiti deyib: “Ailələr dəfn yeri üçün daş və xırda işarələr qoyub getmişdilər, amma yenidən gedəndə gördülər ki, hər şey yerə yıxılıb, artıq qəbir daşları götürülüb”.

Təxminən iki ilə yaxındır ki, İran hakimiyyəti bəhai ailələrini Xavərandaki 1988 kütləvi məzarlıqda dəfn etməyə məcbur edir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Mürtəza Pərvin aclıq aksiyasının 13-cü günə keçdi

Mart 7, 2024
1 dəqiqədə oxunur
Mürtəza Pərvin aclıq aksiyasının 13-cü günə keçdi