Evin Həbsxanasında saxlanılan rəssam və Türk mədəni fəal Mürtəza Pərvin bu gün, 7 mart 2024-də aclıq aksiyasının 13-cü gününə girib.
Həbsxananın Təhlükəszilik İdarəsində saxlanılan aktivistə dəstək mədəni fəallar tərəfindən davam edir. Ərdəbilli musiqiçi və mədəni fəal Məhəmməd Colani cənab Pərvinə dəstək üçün xalq mahnısı ifasından sonra Təbriz şəhəri aktivistləri şəhərin küçələrində “etiraz rəngində bir igid” və rəssamın “aclıq aksiyası icrası” qrafiti həkk etmişdilər.
Daha öncə bu mədəni fəalın qardaşı Müctəba Pərvin bir video da bildirmişdi ki, cümə günü 1 martda Mürtəza Pərvin ailəsi ilə qısa zəng zamanı deyib: “Dünən qan təzyiqi kəskin aşağı düşdüyündən qıcolma keçirib huşunu itirib və özünə gələndə xəstəxanada ona zərdab vurulub, cənab Pərvin dəfələrlə bədənindən zərdabı çıxarıb, iynənin vurulmasına mane olub. Mürtəza bildirib ki, dindirilməyə əl verməmişəm və verməyəcəm də. Aksiyama davam etdirməyəcəyəm və son performens kimi Azərbaycan üçün canımı qurban verəcəyəm.
Xatırlaadq ki, Mürtəza Pərvin 6 fevralda Ərdəbildə atası evində saxalanılıb və 4 gün sonra ailəsinə etdiyi qisa bir zəng zamanı Evin Həbsxanasına köçürüldüyünü bildirib.
Mürtəza Pərvin vizual rəssam və icraçısı mütəxəssisi Ərdəbil şəhəri sakinidir.
Şərhlər