close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İnqilab Keşikçilərinin İsrailə hücumuna qarşı çıxan sosial şəbəkə istifadəçiləri çağırılıb

Aprel 16, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
İnqilab Keşikçilərinin İsrailə hücumuna qarşı çıxan sosial şəbəkə istifadəçiləri çağırılıb
İnqilab Keşikçilərinin İsrailə hücumuna qarşı çıxan sosial şəbəkə istifadəçiləri çağırılıb

"Iranwire"-a verilən məlumata görə, son iki gündə İnqilab Keşikçiləri Korpusunun İsrailə pilotsuz uçan aparatı və raket hücumu ilə bağlı yazılar dərc edən bir sıra sosial media istifadəçiləri çağırılıb. Bu istifadəçilərin bəziləri telefon zənglərində təhlükəsizlik agentləri tərəfindən də hədələnib.

İsrailə pilotsuz təyyarə və raket hücumu ilə eyni vaxtda İslam Respublikası media və sosial şəbəkələri idarə edən təhlükəsizlik mühitini gücləndirib.

İnqilab Keşikçiləri 14 aprel 2023-cü ildə İsraili dəstəkləyən sosial şəbəkə istifadəçilərini təhdid etdilər. Bu elanda deyilir: Hörmətli həmvətənlər, əgər kiberməkanda saxta İsrail hökumətinə dəstək istiqamətində hər hansı bir fəaliyyət görsəniz, lütfən, qeyd olunan səhifələrin və onların operatorlarının məlumatların Gerdab saytının ictimai hesabatlar bölməsinə göndərin.

Bu bildirişin başqa bir hissəsində İnqilab Keşikçiləri İsraili "müşayət edən və dəstəkləyən" istifadəçi səhifələrinin fəaliyyətinin izlənəcəyi və bununla məşğul olacağı ilə hədələyib.

İranwire-ə müsahibə verən vəkil bu səbəbdən çağırılan bəzi sosial media istifadəçilərinin ictimai asayişi pozmaqda və rejim əleyhinə təbliğatda ittiham olunduğunu təsdiqləyib.

Ayrıca, son bir neçə gün içində Tehran Prokurorluğu “Hüseyn Dehbaşı”, “Abbas Əbdi” və “Yaşar Sultani”yə qarşı cinayət ittihamı elan edib və bu tənqidçi jurnalistlər “cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaq” ittihamı ilə məhkəmə qarşısına çıxmalıdır."

Bundan öncə İranın məhkəmə orqanları “jahanSanat” və “Etmad” qəzetlərinə qarşı cinayətlər elan etmişdilər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

İbrahim Rəisi İsraili hədələyib

Aprel 16, 2024
IranWire
1 dəqiqədə oxunur
İbrahim Rəisi İsraili hədələyib