close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Qəzvində iki İnstaqram səhifəsinin admini həbs edilib

Aprel 22, 2024
1 dəqiqədə oxunur
Qəzvində iki İnstaqram səhifəsinin admini həbs edilib

Qəzvində iki İnstaqram səhifəsinin admini "ölkənin milli təhlükəsizliyinə qarşı materiallar yayması və bu vasitə ilə vətəndaşları narahat etmək" ilə günahlandırılaraq həbs edilib.

İran xəbər agentliyi bu iki vətəndaşın bu əyalətin Polis Komandanlığının Kəşfiyyat Təşkilatının Kiber Mərkəzinin agentləri tərəfindən həbs edildiyini bildirib.

Fəraca Kəşfiyyat Təşkilatının xəbər saytı iki sosial media fəalının "ölkənin milli təhlükəsizliyinə qarşı materiallar yayması və bu vasitə ilə vətəndaşları narahat etmək" ittihamı ilə tutulduğunu və ayrıca İnstaqram səhifələrindəki “cinayətkar məzmunu”n silindiğini və bu iki vətəndaşın ədliyyə orqanlarına təhvil verildiyini bildirib.

Qəzvində saxlanılan bu iki vətəndaşın kimliyi hələlik bəlli deyil və onların harada olması barədə dəqiq məlumat yoxdur.

Keçən həftə İnqilab Keşikçilərinin İsrailə pilotsuz təyyarə və raket hücumu əleyhinə məzmun dərc edən bir sıra sosial media istifadəçiləri çağırılıb. Bu istifadəçilərin bəziləri telefon zənglərində təhlükəsizlik agentləri tərəfindən də hədələnib.

İsrailə pilotsuz təyyarə və raket hücumu ilə eyni vaxtda İslam Respublikası media və sosial şəbəkələri idarə edən təhlükəsizlik ortamını da gücləndirib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

İqtisadiyyat

İranın neft ixracı son 6 ilin ən yüksək səviyyəsinə çatıb

Aprel 19, 2024
1 dəqiqədə oxunur
İranın neft ixracı son 6 ilin ən yüksək səviyyəsinə çatıb