close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əliriza Fərşi məcburi iqamət cəzasına tabe olmadıqdan sonra cəzanın qalan hissəsi əfv edilib

Mart 6, 2024
1 dəqiqədə oxunur
Əliriza Fərşi məcburi iqamət cəzasına tabe olmadıqdan sonra cəzanın qalan hissəsi əfv edilib

Keçmiş siyasi məhbus və Türk mədəni fəal Əliriza Fərşi martın 5-də məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişdə məcburi iqamət cəzasına tabe olmadığı üçün 2 illik cəzasının qalan hissəsinin əfv edildiyini öyrənib.

Mərənd şəhərində yaşayan bu fəal 2023-cü il iyunun 3-də şəxsi İnstaqram səhifəsində 2 il məcburi yaşamaq hökmünə əməl etmədiyini və Xuzistan əyalətinin Bağməlek şəhərinə qayıtmayacağını elan etmişdi.

Azərbaycanlı mədəni fəal Əliriza Fərşi dünən, 21 may 2023-cü ildə 2 il məcburi yaşamaq cəzasını çəkmək üçün Xuzistan əyalətinin Bağməlek şəhərinə gedib.

Evin həbsxanasından bir müddət öncə sərbəst buraxılan Türk mədəni fəal Əliriza Fərşi geçən həftə Evin həbsxanasında yerləşən "Şəhid Müqəddəs" prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırıldıqdan sonra sürgünə gedəcəyi ona bildirilmişdi.

Əlireza Fərşi dörd illik cəzasının üç il üç ayını çəkdikdən sonra 8 Fevral çərşənbə axşamı Evin həbsxanasından sərbəst buraxıldı.

Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etmişdi.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Azərbaycan şəhərlərində telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası

Mart 6, 2024
1 dəqiqədə oxunur
Azərbaycan şəhərlərində telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası