close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

5 ayda 6 min nəfər yol qəzasında öldü

Avqust 22, 2020
IranWire
1 dəqiqədə oxunur
5 ayda 6 min nəfər yol qəzasında öldü

22 Sentyabr 2020 

Ədli Tibb Təşkilatı bu ilin Mart ayının başlarından avqust ayının sonuna qədər ölkədə baş verən yol qəzalarında altı min 332 nəfərin öldüyünü açıqladı.

Bu rəqəm ölənlərin sayı yeddi min 560 olduğu ötən ilin eyni dövrünə nisbətən yüzdə 16,2 faiz azdır.

Qəzaların toplam qurbanlarının 5 min 186 nəfəri ərkək və min 146 nəfəri qadınlardır.

Bu dövrdə şəhərətrafı marşrutlarda 4 min 171, şəhər marşrutlarında min 713, kənd marşrutlarında 415 nəfər həyatını itirdi.

Ayrıca, bu ilin ilk beş ayında əyalətlər arasında Tehran 487, Fars 454 və İsfahan 400 qəzayla yol qəzalarında ən çox ölümlə sahib əyalətlərdilər.

Yol qəzalarında ən az ölümlə nəticələnən 43 ilə İlam, 94 ilə Çaharmahal və Bəxtiyari, 98 ilə Yəzd əyalətləri vardır.

Bu ilin ilk beş ayında yol qəzalarında yaralananlardan 117 min 376 nəfər ədli tibb mərkəzlərinə müraciət edib, bunlardan 88 min 378 nəfəri ərkək və 28 min 998 nəfəri isə qadınlardır.

Qəza zamanı yaralananların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz azalıb. Ötən ilin eyni dövründə yaralananların sayı 159 min 50 nəfərdir.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

Şərhlər

Özəl hesabat

Nasrin Sotoudehnin iki hücrə yoldaşından Ebrahim Raisiyə məktub: Onun həyatı təhlükədədir

Avqust 21, 2020
IranWire
1 dəqiqədə oxunur
Nasrin Sotoudehnin iki hücrə yoldaşından Ebrahim Raisiyə məktub: Onun həyatı təhlükədədir