close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

İsrail İrana mümkün hücum üçün 1,5 milyard dollar ayırıb

Oktyabr 6, 2021
1 dəqiqədə oxunur
20 Oktyabr 2021
20 Oktyabr 2021

İsrail mətbuatının yazdığına görə, İsrail hökuməti İslam Respublikasının nüvə təsisatlarına hücum qabiliyyətini gücləndirmək üçün 1,5 milyard dollar ayırıb.

İsrailin 12 -ci kanalı bildirilir ki, bu il ayrılmış büdcənin 1 milyard dolları, gələn il isə yarım milyard dolları təyyarə almaq, xüsusi silah istehsal etmək və peyk vasitəsilə məlumat toplamaq və İranın nüvə təsisatlarına hücum etmək üçün istifadə ediləcək.

Bu büdcə hesabatı, İsrail rəsmilərinin İslam Respublikasının önümüzdəki iki ildə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq etdiyi bir vaxta təsadüf edir.

Adı açıqlanmayan bir İsrail təhlükəsizlik işçisindən iki gün öncə AFP agentliyi İranın nüvə silahı üçün material istehsal etməyə həmişəkindən daha yaxın olduğunu, ancaq atom bombasından hələ iki il uzaq olduğunu söylədi.

O deyib: "Özümüzü hərbi əməliyyatlar da daxil olmaqla bütün variantlara və ssenarilərə hazırlayırıq."

İsrail İranın nüvə proqramına hərbi zərbələr endirməyə hazırlaşarkən, dünya gücləri İslam Respublikasını JCPOA nüvə anlaşmasının bərpası ilə bağlı danışıqları Vyanada bərpa etməyə razı salmağa çalışırlar.

Birləşmiş Ştatlar öncələr İrana nüvə proqramının irəliləyişinin JCPOA anlaşmasına qayıtmaqla bağlı danışıqların mənasız hala gələcəyi həddə çatacağı barədə xəbərdarlıq etmişdi.

Şərhlər

Özəl hesabat

Mədəni fəal Şahin Bərzgər məhkəməyə çağırılıb

Oktyabr 6, 2021
1 dəqiqədə oxunur
Mədəni fəal Şahin Bərzgər məhkəməyə çağırılıb