close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Təbrizdə 24 İyul etiraz aksiyalarında saxlanılan fəallar məhkəməyə çağırılıb

Oktyabr 6, 2021
1 dəqiqədə oxunur
20 Oktyabr 2021
20 Oktyabr 2021

Məhkəmənin elektron sistemindən aldıqları bildirişə əsasən 24 İyul etirazlarında saxlanılan Azərbaycanlı mədəni fəallar Yusif Sələhşur, Əmir Səttari, Məhəmməd Mərdi və Vəhid Əbhəri Təbriz ədliyyəsinin 111-ci cinayət şöbəsinə çağrılıblar.

Sələhşur 27 Oktyabr, Səttari 30 Oktyabr və Mərdinin 26 Oktyabrda və Əbhərinin 30 Oktyabrda məhkəmədə olması istənilib.

Yusif Sələhşur "telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək", "sosial mediada İran İslam Cumhuriyyətinə qarşı təbliğat aparmaq" ilə ittiham olunur.

Cənab Səttari "telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək" və Cənab Mərdiyə qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülüb.

Ayrıca Cənab Əbhəri "telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək" ilə ittiham olunur.

Xatırlatmalıyıq ki, mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının,  çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində "Təbriz" şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.

24 İyul etiraz aksiyalarında saxlanılan fəallar təkcə Təbriz şəhərində saxlanılanların sayının 150 -dən çox olduğunu bildirmişdilər.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

İsrail İrana mümkün hücum üçün 1,5 milyard dollar ayırıb

Oktyabr 6, 2021
1 dəqiqədə oxunur
İsrail İrana mümkün hücum üçün 1,5 milyard dollar ayırıb