close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Ali Məhkəmə Əlirəza Fərşinin işinə yenidən baxılması tələbini rədd etdi

Avqust 6, 2021
2 dəqiqədə oxunur
Ali Məhkəmə Əlirəza Fərşinin işinə yenidən baxılması tələbini rədd etdi

20 Avqust 2021

Ali Məhkəmə Böyük Tehran Həbsxanasında həbsdə olan siyasi məhbus Əliriza Fərşi Dizəc Yekanın işinə yenidən baxılması tələbini rədd etdi.

Iranwire-in əldə etdiyi məlumatlara görə Ali Məhkəmənin 11 -ci Şöbəsi 7 Avqust 2021-də Əliriza Fərşinin işinə yenidən baxılması tələbini məhkəməyə verdikdən bir həftə sonra rədd etdi.

Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.

Bu Azərbaycanlı mədəni fəalı eyni zamanda iki il qruplar, partiyalar və dəstələrə üzv olmaqdan məhrum edilib və iki ay (hər gün dörd saat) Tehran bələdiyyəsi təkrar emal şöbəsində çalışmaya məhkum edildi.

26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Əliriza Fərşi, Böyük Tehran Həbsxanasında diabet, hər iki gözündə görmə qabiliyyətinin azalmasından göz və sol göz infeksiyasından əziyyət çəkir.

Əliriza Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. Əliriza Fərşinin həkiminin diaqnozuna görə, onun kornea nəqli əməliyyatına ehtiyacı var.

Məhkəmə rəsmiləri və Böyük Tehran Həbsxanasının səlahiyyətliləri, həkim reseptinə və Əliriza Fərşinin fiziki vəziyyətinin pisləşməsinə baxmayaraq, müalicəsini davam etdirmək üçün bu siyasi məhbusun xəstəxanaya köçürülməsinin qarşısını alırlar.

Əliriza Fərşi Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi, Sirac Universitetində vəzifədən azad edilmiş müəllim və Culfa Beynəlxalq Universitetinin keçmiş müəllimidir. Əliriza Fərşı, İranda yaşayan etnik qrupların dil hüquqları tələbi sahəsində ən tanınmış mədəni fəallardan biridir. Türkdilli bölgələrdə məhrum kəndlərdə Azərbaycan türkcəsində kitabxana yaradılması, ana dili təhsili üçün təşviqat aparmaq və Beynəlxalq Ana Dili Gününü qeyd etmək də daxil olmaqla mədəni fəaliyyətlərinə görə bir neçə dəfə tutulmuşdur. Bu siyasi məhbusun atası səkkiz illik İran-İraq savaşının şəhidlərindən biridir.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Həbsdə olan tələbə Hamid Qaraoğlaninin işinə yenidən baxılması tələbi rədd edildi

Avqust 6, 2021
1 dəqiqədə oxunur
Həbsdə olan tələbə Hamid Qaraoğlaninin işinə yenidən baxılması tələbi rədd edildi