close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Venesuelanın uçuş heyəti Qüds Qüvvələrinə üzvlük ittihamı ilə həbs edilib

İyun 14, 2022
1 dəqiqədə oxunur
Venesuelanın uçuş heyəti Qüds Qüvvələrinə üzvlük ittihamı ilə həbs edilib

Argentinanın təhlükəsizlik naziri Anibal Fernandez bazar ertəsi (13 iyun) bildirib ki, bu ölkənin hökuməti və hüquqi qurumları hələ də bu ölkənin hava limanına enən təyyarənin və onun beş iranlı ekipaj üzvünün vəziyyətini araşdırır.

"Associated Press"in məlumatına görə, Argentinalı nazir bildirib ki, xarici kəşfiyyat qurumları ölkəyə enən təyyarənin ekipaj üzvlərinin bəzilərinin İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin üzvləri olduğunu bildirib.

O, xarici kəşfiyyat orqanlarının adını çəkməyib. Argentinanın təhlükəsizlik naziri xatırladıb ki, İnqilab Keşikçilərinin “Qüds” qüvvələri 15 ildir ki, Amerikanın xarici terror təşkilatları siyahısındadır.

Venesuelanın “Amtrasur” aviaşirkətinə məxsus yük təyyarəsi pis hava şəraiti və yanacaq çatışmazlığı səbəbindən Argentinada eniş etmək məcburiyyətində qaldıqdan sonra iyunun 6-dan Argentinanı tərk edə bilməyib, çünki bir tərəfdən Venesuela ABŞ sanksiyaları altındadır və başqa tərəfdən, bəzi Argentina mediası beş iranlı ekipaj üzvünün İnqilab Keşikçilərinin Qüds Qüvvələrinin üzvü olmaqda şübhəli bilindiyini bildirib.

Argentinanın təhlükəsizlik naziri əlavə edib: “Təyyarə öz uçuş heyətinin sayını sərnişin olan insanların sayından az elan edib. Onun sözlərinə görə, yük təyyarəsi üçün ekipajın sayı normaldan çox olub”.

Venesuela ələ keçirilən təyyarənin Argentinadakı Venesuela avtomobil zavodu üçün avtomobil hissələri daşıdığını iddia edir.

Associated Press-in məlumatına görə, ekipaj hazırda oteldə qalır. Venesuelanın 14 ekipajının Argentinanı tərk etməsinə icazə verilib, lakin yalnız beş iranlıya Buenos-Ayres sərhədində qalmaya icazə verilib.

Təyyarənin ilk dəfə xəbər verən Argentina parlamentinin millətvəkili Gerardo Millman, təyyarənin "kəşfiyyat missiyası" olduğunu israr etməyə davam etdi.

Cənab Millman iranlılara qarşı iddia qaldırıb və onların barmaq izlərini almayı tələb edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi bildirib ki, heç bir İran təyyarəsi dayandırılmayıb və təyyarə Venesuelaya satılıb.

Öncələr təyyarənin sahibi olan Mahanair Hava Yollarının sözçüsü Əmir Hüseyin Zoələnvari deyib ki, batı mediasının təyyarənin Mahanair ilə əlaqəli olmasına istinad etməsi siyasi motivlidir. Onun sözlərinə görə, iranlı ekipajın Mahanairlə heç bir əlaqəsi yoxdur.

Mahanair İnqilab Keşikçilərinin hərbi siyasətinə uyğun olaraq hərbi transferlərdə iştirak etdiyinə görə on ildir ki, sanksiyalar altındadır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Türkiyədə İnqilab Keşikçilərinin bir neçə əməliyyat qüvvəsi həbs edilib

İyun 14, 2022
1 dəqiqədə oxunur
Türkiyədə İnqilab Keşikçilərinin bir neçə əməliyyat qüvvəsi həbs edilib