close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Rusiya Kosmik Agentliyi İran peykini kosmosa göndərmək niyyətindədir

Avqust 3, 2022
1 dəqiqədə oxunur
Rusiya Kosmik Agentliyi İran peykini kosmosa göndərmək niyyətindədir

Çərşənbə günü, 3 Avqostda Rusiyanın Kosmik Agentliyi Ruskosmos bu agentliyin Sayuz raketindən istifadə edərək İranın "Xəyyam" adlı peykini kosmosa göndərəcəyini açıqlayıb.

Rusiya xəbər agentliklərinin bu xəbərinə görə, bu peykin Qazaxıstandakı Baykonur kosmik bazasından avqustun 9-də buraxılması planlaşdırılır.

Rusiya mətbuatının xəbərində Xəyyam peyki “uzaqdan zondlama” peyki kimi təsvir edilir, lakin İrandakı ictimai xəbər mənbələrində bu peyk haqqında ətraflı məlumat yoxdur.

Bununla belə, 2018-ci ilin aprel ayında İrna xəbər agentliyi özəl sektora “radar və optik uzaqdan zondlama peykini layihələndirmək, istehsal etmək, sınaqdan keçirmək və orbitə çatdırmaq” üçün dəvət elan edib.

İrna eyni xəbərdə “İnfrastruktur üçün konsaltinq xidmətlərinin alınmasına dəvət”də “Xəyyam Peyki” adlı layihə qeyd olunub.

Keçən il Washington Post qəzeti İran-Rusiya kosmos əməkdaşlığı ilə bağlı hesabatında yazmışdı ki, Moskva İrana hərbi hədəfləri izləmək üçün qabaqcıl Rusiya peyk sistemi vermək istəyir. Rusiya prezidenti bu xəbəri saxta adlandırmışdı.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə 327 uşaq işçi müəyyən edilib

Avqust 3, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə 327 uşaq işçi müəyyən edilib