close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əliriza Fərşinin Tibbi məzuniyyəti bir aya daha uzadılıb

Fevral 27, 2022
2 dəqiqədə oxunur
Əliriza Fərşinin Tibbi məzuniyyəti bir aya daha uzadılıb

 

12 Mart 2022

Tibbi məzuniyyətdə olan Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi 12 Mart 2022 şənbə günü şəxsi İnstaqram səhifəsində məzuniyyət müddətinin bir ay daha uzadıldığını bildirib.

Cənab Fərşi 12 Martda Bəharistanın Ümumi və İnqilab Prokurorluğuna gedərək, məzuniyyətinin bir aya daha uzadıldığı öyrənib.

O İnstagram səhifəsində son 4 ildə Bayramı təcridxana və ya həbsxanalarda olduğunu ancaq bu il Mərənd şəhərində anasının yanında olacağını bildirib.

Əliriza Fərşi 27 Yanvar 2022-ci il, cümə axşamı günü elektron qandalla Bina xəstəxanasına yerləşdirilərək gözündən əməliyyat olunmuşdu.

Bu dil hüquqları fəalı 9 Yanvar tarixində 600 milyon tümənlik girov qarşılığında 18 günlük tibbi məzuniyyətə buraxılməşdı və bu məzuniyyətin ixtisaslaşdırılmış müayinələrə ehtiyac səbəbindən üçüncü dəfə olaraq uzadılması nəzərdə tutulub.

Əliriza Fərşi 22 İyul 2021-də evinə qayıdarkən Tehranda saxlanılıb və Evin həbsxanasına köçürülüb. O həbs zamanı döyülmə nəticəsində başından, üzündən, boğazından və hər iki gözündən xəsarət alıb. Əliriza Fərşinin həkiminin diaqnozuna görə, onun kornea nəqli əməliyyatına ehtiyacı var.

Əliriza Fərşi hazırda Böyük Tehran Həbsxanasında iki illik cəza çəkir. 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Əliriza Fərşı, həbsdəykən yeni bir işdə Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi. Ayrıca bu mədəni fəal eyni zamanda iki il qruplar, partiyalar və dəstələrə üzv olmaqdan məhrum edilib və iki ay (hər gün dörd saat) Tehran bələdiyyəsi təkrar emal şöbəsində çalışmaya məhkum edildi.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

Ağ Evin sözçüsü: İranla razılaşma yaxın günlərdə baş tuta bilər

Fevral 25, 2022
1 dəqiqədə oxunur
Ağ Evin sözçüsü: İranla razılaşma yaxın günlərdə baş tuta bilər