close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Əhvaz İnqilab Məhkəməsi tərəfindən xristianlığı qəbul edən yeddi nəfər üçün ağır həbs verilib

İyun 19, 2024
1 dəqiqədə oxunur
Əhvaz İnqilab Məhkəməsi tərəfindən xristianlığı qəbul edən yeddi nəfər üçün ağır həbs verilib
Əhvaz İnqilab Məhkəməsi tərəfindən xristianlığı qəbul edən yeddi nəfər üçün ağır həbs verilib

İnsan haqları mənbələrinin verdiyi məlumata görə, İranın dini azlıqlarına qarşı təzyiqlərin davamı olaraq, 7 xristian dinini qəbul edən vətəndaş Əhvaz İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 29 il 9 ay həbs cəzasına məhkum edilib.

“Həmid Əfzəli”, “Nəsrullah Musəvi”, “Bijən Quluzadə”, “İman Salehi”, “Zəhrab Şəhbazi” və kimliyi məlum olmayan digər iki vətəndaş Əhvaz İnqilab məhkəməsində mühakimə olunan və həbsə məhkum edilən xristianlar arasındadır.

Harana İnsan Haqları saytının məlumatına görə, Həmid Əfzəli 10 il, Nəsrullah Musəvi, Bijən Quluzadə və İman Salehi hər biri 5 il, Zəhrab Şəhbazi isə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hesabatda o da bildirilir ki, kimliyi məlum olmayan digər iki xristian dinini qəbul edən vətəndaşların hər birinə 2 il həbs cəzası verilib.

İran qanunlarına görə, xristianların dini azlıq kimi tanınmasına baxmayaraq, təhlükəsizlik aparatları müsəlmanların xristianlığı qəbul etməsi məsələsini xüsusi həssaslıqla izləyir və bu sahədə fəallarla kötü rəftar edir.

İslam Respublikası xristianlığı qəbul edənlərlə yanaşı, İranda bəhailər, Qonabadi dərvişləri və Yarsanlar kimi digər dini azlıqları da sıxışdırır və onların ardıcıllarını ədalətsiz hökmlərlə həbs edir.

Şərhlər

Xəbərlər

Rəştdə xəstəxanada baş verən yanğında azı 9 nəfər ölüb

İyun 18, 2024
ایران‌وایر
Rəştdə xəstəxanada baş verən yanğında azı 9 nəfər ölüb