close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ramazan səhərlərində Makıda fətir satışına qadağa qoyulub; Fətir "səhər yeməyinin simvoludur"

Aprel 5, 2022
1 dəqiqədə oxunur
Ramazan səhərlərində Makıda fətir satışına qadağa qoyulub; Fətir "səhər yeməyinin simvoludur"

Batı Azərbaycan əyalətində yaxşılığa əmr və pislikdən mənetmə qərargahının bildirişinə əsasən, Ramazan ayı ərzində Makı şəhərində Fətir bişirən çörəkxanaların səhər növbəsində fəaliyyəti qadağan edilib, çünki bu qərargaha əsasən, fətir Azərbaycan şəhərlərində səhər yeməyi simvoludur.

Rouydad24  internet saytı 4 aprel bazar ertəsi yaydığı xəbərdə qeyd edib ki, yaxşılığa əmr və pislikdən mənetmə qərargahının bildirişinə əsasən, fətir çörəkçiləri saat 15:00-dan iftara yarım saat qala çörək bişirməlidirlər, əks halda üz ağır cərimələr və möhürlərlə üzləşəcək.

Urmiyə Çörəkçilər Birliyinin rəisi Allahverdi Həsənzadə də xəbəri təsdiqləyib və deyib: “Ramazan ayında lavaş çörəyi bişirmək səhər saat 6-dan kvota bitənə qədər davam edəcək və “fətir”, “yağlı fətir” və “səngək” çörəkbişirmələri də axşam saat 15:00-dən iftara yarım saat qala çörək bişirməlidirlər”.

Makı Şəhər Şurasının üzvü Höccət Pam da Rouydad24 internet saytına verdiyi açıqlamada dünəndən etibarən fətir bişirən çörəkxanalarının səhər saatlarında bağlanıldığını və fətir çörəyinin səhər yeməyinin simvolu olduğu üçün Ramazanda səhər saatlarında onların bağlanması lazımdır.

Cənab Pam eyni vəziyyətin Urmiyə və Xoy şəhərlərində də yaşandığını təsdiqləyib.

O bildirib ki, bir neçə ildir ki, fərman elan edilsə də, icrası gecikir. Amma bu il fərmanı həyata keçiriblər, amma onların məqsədi nədir, həqiqətən bilmirəm.

Şəhər şurasının üzvü xatırladıb: İnsanlar mənə o qədər zəng vururlar, yazırlar və həqiqətən onlara nə deyəcəyimi bilmirəm. Urmiyadən və Xoydan da çox adam mesaj göndərir və deyirlər ki, orada da eyni vəziyyət yaşanır və həqiqətən qəribə bir vəziyyətdir.

Son günlər Ramazan ayının başlanğıcından oruc tutmamaq səbəbindən vətəndaşlara və həmkarlar ittifaqlarına qarşı təzyiqlər güclənib və bir neçə vətəndaş həbs edilib  və Batı Azərbaycan və Loristan əyalətlərində, bir neçə müəssisə möhürlənib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Batı Azərbaycanda baş verən avtomobil qəzalarında 24 nəfər ölüb

Aprel 4, 2022
1 dəqiqədə oxunur
Batı Azərbaycanda baş verən avtomobil qəzalarında 24 nəfər ölüb