close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Batı Azərbaycanın Sarıdaş bölgəsində hava çirklənməsi həddən 10 dəfə çoxdur

May 16, 2022
1 dəqiqədə oxunur
Batı Azərbaycanın Sarıdaş bölgəsində hava çirklənməsi həddən 10 dəfə çoxdur

Sarıdaş ətraf mühit İdarəsinin rəisi deyib: Toz hadisəsinin baş verməsindən sonra Sarıdaşda hava çox qeyri-sağlam və təhlükəli vəziyyətdədir.

O bildirib: Ölçmə məntəqəsində qeydə alınan statistik məlumatlara görə, Sarıdaşın havasındakı hissəciklərin miqdarı hər kubmetrdə 1100 mikroqrama çatıb ki, bu da icazə verilən həddən və normadan 10 dəfə artıqdır və havanın keyfiyyətini aşağı salıb və təhlükəli şərait yaradıb.

O, davam etdi: Çirklənmə bu gün səhər saatlarında başlayıb və hər saat ərzində çirklənmənin miqdarına nəzarət edilən ölçmə məntəqəsinə görə, o saatdan-saat artıb.

Bəyəzidi aydınlaşdırdı: Havanın çirklənməsi xarici mənşəlidir və İraq ölkəsi və batı sərhədlərindən güclü küləklər vasitəsilə daxil olub.

O, vətəndaşları, xüsusilə hamilə qadınları, azyaşlı uşaqları, astmatik və ürək-damar xəstələrini və şəhərin savaşdaki kimyəvi xəstələrindən evdən kənarda lazımsız nəqliyyatdan çəkinməyi və maska taxmağa ciddi şəkildə çağırıb.

Sarıdaş Təhsil müdirliyinin də verdiyi məlumata görə, günorta saatlarında bütün təhsil məktəbləri bağlanıb.

Şərhlər

Xəbərlər

Etirazların beşinci günü; Şəhrkordda etirazçılara qarşı gözyaşardıcı qaz və atəş açılıb

May 16, 2022
1 dəqiqədə oxunur
Etirazların beşinci günü; Şəhrkordda etirazçılara qarşı gözyaşardıcı qaz və atəş açılıb