close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Tehran Cümə İmamı: Bahalıqlar ilahi imtahandır

May 27, 2022
1 dəqiqədə oxunur
Tehran Cümə İmamı: Bahalıqlar ilahi imtahandır

Əli Xameneinin Tehrana təyin etdiyi cümə imamı Kazım Sediqi deyib ki, bahalıq və əsas mallara verilən valyutanın ləğvi “ilahi imtahandır”.

Sediqi cümə günü, 27 Mayda etdiyi xütbələrində əsas mallara verilən valyutanın ləğvinə və qiymətlərin qalxmasına işarə edərək dedi: “Bu 43 ildir fədakarlıq edən və şəhidlərinin qanı hələ qurumamış xalq və məmurlar, məhkəmə və silahlı qüvvələr üçün ilahi imtahandır”.

Tehranın müvəqqəti cümə imamı 4200 tümənlik valyutanın ləğvinə görə iddia etdi ki, Bu, öncəki hökumət tərəfindən icra edilməli olan qanun idi və bu hakimiyyət qanunu pozan olmaq istəmir və bundan başqa ədalətli bölüşmə ola bilməzdi.

O əlavə etdi: “Bu gün balıq vardır və bahalıq İmam Sadiqin nəzərincə, insanların nəfsinin razı olmasına, depressiyaya, sosial problemlərə və əxlaqi problemlərə səbəb olur, lakin bu bir imtahandır”.

Sediqi ayrıca çıxışında bunu iddia edib ki, “Sinif fərqinin aradan qaldırılması və subsidiyaların ədalətli bölüşdürülməsi hökumətin gündəliyinin bir hissəsidir”.

O, öncədən kosmetika və it yemi idxalı üçün əsas mallara valyutanın verildiyini və bu valyutanın ləğvinin dollara da qənaət edəcəyini bildirib.

Keçən ay İbrahim Rəisi hökuməti əsas mallar üçün verilən 4200 tümənlik valyutı ləğv edərək, insanların yaşayış xərclərinin yüksək dərəcədə artmasına səbəb oldu və bu, İranda geniş etirazlara səbəb oldu.

İslam Respublikası hökuməti ölkənin iqtisadi strukturlarında islahatlar aparmağa çalışdığını iddia edir, lakin iqtisadçılar deyirlər ki, hökumət dini qurumlar və İnqilab Keşikçiləri kimi hərbi qurumların büdcələrini azaltmaqla strukturlarda islahatlar aparmalıdır.

Şərhlər

Xəbərlər

Abadanda Metropolun dağıntıları altında qalanların xilasetmə əməliyyatı dayandırıldı

May 27, 2022
1 dəqiqədə oxunur
Abadanda Metropolun dağıntıları altında qalanların xilasetmə əməliyyatı dayandırıldı