close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda iqtisadi vəziyyətə qarşı təqaüdçülərin və bazar tacirlərinin etirazları davam edir

İyun 15, 2022
1 dəqiqədə oxunur
İranda iqtisadi vəziyyətə qarşı təqaüdçülərin və bazar tacirlərinin etirazları davam edir

İrandan gələn xəbərlər göstərir ki, hökumət əleyhinə etirazlar, bazar tətilləri və müxtəlif şəhərlərdə təqaüdçülərin toplanması bu gün, çərşənbə günü, iyunun 15-da ardıcıl ikinci gündür ki, davam edir.

Yayımlanan videolara görə, Əhvaz, Tehran, Fəsa, İlam və bəzi başqa şəhərlərdəki bir sıra əsnaf öz dükanlarını bağlayıb və vergi idarələri qarşısında etiraz aksiyaları keçiriblər.

Mitinqlərdə İbrahim Rəisi hökuməti və kabineti əleyhinə şüarlar səsləndirilib.

Bu etirazlarda səslənən şüarlardan biri də “İşə yaramayan rəmiləri, istəmirik, istəmirik”.

İranın müxtəlif şəhərlərində tacirlər və əsnaf doların bahalaşmasına, valyuta bazarının qeyri-sabitliyinə və hökumətin özəl sektorun vergilərini dəfələrlə artırmaq qərarına etiraz edirlər. Etirazların ilk günü Tehranın Əmin küçəsində yerləşən bir sıra əsnaf və tacirlər iqtisadi vəziyyətə etiraz olaraq tətilə çıxıb və dükanlarını bağlayıblar.

Bu etirazlar dörd gün öncə bir sıra şəhərlərdə dolların qiymətinin 33 min tümənə yüksəlməsi ilə eyni vaxtda başlayıb.

Eyni zamanda, İranın bir sıra şəhərlərində sosial təminat ödəmələri və pis yaşayış şəraiti və aşağı maaşlara etirazları davam edib.

Sosial şəbəkələrdə yayılan videolara görə, Əhvaz Sosial Təmina təqaüdçüləri çərşənbə günü, iyunun 15-da Xuzistan əyalətinin valiliyinin qarşısına toplaşıblar.

Etirazçılar “Nə parlament, nə də hökumət millətin fikrində deyil”, “inflyasiya yüzdə yüzə, bizə verilən yüzdə 10”, “Bəsdir vədə vermək, süfrəmiz boşdur” şüarları səsləndirib.

Tehranda təqaüdçülərin etiraz mitinqindən yayılan videoda hökumətin dolanışıq vədləri yerinə yetirilmədikdən sonra qəzəbli vətəndaşlar “şərəfsiz, şərəfsiz” şüarları səsləndiriblər.

Sosial təminat təqaüdçüləri maaşların real yaşayış dəyərinə uyğun və inflyasiyaya uyğun artırılmasını tələb edərək, maaşların 38% artırılmasının nəzərdə tutulduğunu, lakin hökumət bunun yalnız 10% artacağını açıqlayıb.

Təxminən 10 gün öncə,Tehran, Kərəc, Ərak, Zəncan, Şuş, Əhvaz, İlam, Şiraz, Yəzd, Xürrəmabad, Kirmanşah, Kirman, Qəzvin, Dorud, Bəndər Abbas, Şüştər, Təbriz və Məşhəd kimi müxtəlif şəhərlərdə başlayan sosial təminat təqaüdçüləri etiraz aksiyası keçiriblər.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Orta Şərq

İsrail İslam Respublikasına qarşı ABŞ-ın rəhbərliyində regional qüvvələrin yaradılmasını istədi

İyun 15, 2022
1 dəqiqədə oxunur
İsrail İslam Respublikasına qarşı ABŞ-ın rəhbərliyində regional qüvvələrin yaradılmasını istədi