close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mədəni fəal Höccət İsmətzadə Sulduz Cəza Məhkəməsinə çağrılıb

İyun 22, 2022
1 dəqiqədə oxunur
Mədəni fəal Höccət İsmətzadə Sulduz Cəza Məhkəməsinə çağrılıb

Sulduz (Nəqəde) şəhərində yaşayan Azərbaycanlı mədəni fəal Höccət İsmətzadə Məhkəmənin elektron sistemi (Sana) vasitəsilə aldığı bildiriş əsasında 8 İyul 2022-ci il tarixdə saat 12:00-da Sulduz 2-ci Cinayət Məhkəməsinin 101 saylı şöbəsində olmalıdır.

Höccət İsmətzadə aldığı bildirişdə “bilərək təhrif edilmiş foto və şəkilləri dərc etməkdə yalan yaymaq və ictimai asayişi pozmaq” ilə ittiham olunub.

Bu Azərbaycanlı fəal 4 Sentyabr 2021-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 5 Sentyabr axşam saatlarında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

3 Sentyabr 2021-ci il, cümə günü Batı Azərbaycan əyalətinin Saxsıtəpə kəndində iki qonşu arasında baş verən qarşıdurmada bir nəfər ölüb, beş nəfər yaralanmışdı. Bu hadisədə münaqişə tərəflərindən birinin ailəsi gərginliyin davam etməsi və qurbanın ailəsi tərəfindən qisas almaq ehtimalı səbəbindən evlərini tərk edərək Nəqədə şəhərinə getməyə məcbur olmuşdu.

9 Sentyabrı 2021-də bu ailənin Saxsıtəpə kəndindəki evi yandırılaraq dağıdılmışdır. Ev boş olduğundan insan tələfatı olmamışdır.

Qeyd edək ki, bu hadisələr Nəqədə şəhərində etirazlara səbəb olmuşdu və bir neçə Jurnalist və mədəni fəal da həbs edilmişdi.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Qətərin təhdidi; Dünya çempionatının menyusunda cinsi münasibətlərin yeri yoxdur

İyun 21, 2022
1 dəqiqədə oxunur
Qətərin təhdidi; Dünya çempionatının menyusunda cinsi münasibətlərin yeri yoxdur