close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İsrail: JCPOA-nın canlandırılması İrana hər il 100 milyard dollar gəlir gətirir

Avqust 25, 2022
1 dəqiqədə oxunur
İsrail: JCPOA-nın canlandırılması İrana hər il 100 milyard dollar gəlir gətirir

Çərşənbə günü, Avqustun 25-də İsrailin baş naziri dünya güclərindən JCPOA-nı canlandırmaq üçün İranla danışıqları dayandırmağı xahiş edib və deyib ki, bu razılaşma İranın xəzinəsini doldurmağa və Yaxın Şərqdə sabitliyin “zəifləməsinə” səbəb olacaq.

Yair Lapid jurnalistlərə deyib: “Hazırda masada pis bir razılaşma var. Bu razılaşma İrana hər il 100 milyard dollar qazandıracaq.”

İsrailin baş naziri bəyan edib ki, bu pullar HƏMAS, Hizbullah və digər islami cihadçı qruplaşmalara xərclənir. “Bu, Yaxın Şərqdə sabitliyi pozacaq və bütün dünyaya terror yayacaq”.

Cənab Lapidin şərhləri ABŞ rəsmilərinin İranın nüvə anlaşmasına nail olmaq və JCPOA-nı canlandırmaq üçün bəzi əsas tələblərindən geri çəkilməyə razı olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.

ABŞ-ın çərşənbə günü Aİ-nin nüvə anlaşması ilə bağlı "yekun" mətninə İranın cavabı ilə bağlı öz fikrini açıqlayacağı gözlənilirdi.

Nüvə danışıqlarında İranın mövqeyinin dəyişməsinə baxmayaraq, İsrail hələ də bu anlaşmanın bərpasına və İranın iqtisadi sanksiyalarının götürülməsinə qəti şəkildə qarşıdır.

Cənab Lapid dedi: “Bizim nöqteyi-nəzərimizdən bu anlaşma Joe Bidenin İranın nüvə ölkəsinə çevrilməsinin qarşısını almaq üçün müəyyən etdiyi standartlara cavab vermir”.

İsrail baş nazirinin açıqlamaları onun İranla dünya gücləri arasında anlaşmanın yaranmasının qarşısını almaq üçün son cəhdləridir. Son günlər o, İngiltərə, Fransa və Almaniya liderləri ilə də bu barədə danışıb.

Cənab Lapid bildirdi: “Mən onlara dedim ki, bu danışıqlar elə bir həddə çatıb ki, onlar bunu dayandırıb deməlidilər ki, bəsdir”.

O, sonda dedi: “Biz bu anlaşmanın əleyhinəyik, çünki bu, pis razılaşmadır”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Tanınmış Türk dili və ədəbiyyatı tədqiqatçısı Hüseyn Məhəmmədzadə Sədiq həyatını itirib

Avqust 24, 2022
Tanınmış Türk dili və ədəbiyyatı tədqiqatçısı Hüseyn Məhəmmədzadə Sədiq həyatını itirib