close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

15 məhbus edam hökmünün icrası üçün təcridxanaya köçürülüb

Sentyabr 5, 2022
1 dəqiqədə oxunur
15 məhbus edam hökmünün icrası üçün təcridxanaya köçürülüb

İranın insan haqları mediası azı 15 məhbusun təkadamlıq kameraya köçürüldüyünü elan edib və bu məhbusların tezliklə edam ediləcəyi barədə xəbərdarlıq edib.

İranın Bəluç xalqının xəbərlərini dərc edən Halvəş xəbər saytı bazar günü Sentyabrın 4-də Minabda 7 məhbusun edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürüldüyünü bildirib.

Halvəş bu məhbusların adlarını Əbdülqəfur Naruyi, Süleyman Naruyi, Hacı Zobeyrigər Malek, Məhəmməd Kazemi, Milad Tərəfdar və Məhəmməd Riza Etebari açıqlayıb və bu şəxslərin narkotiklə əlaqəli cinayətlərə görə edam cəzasına məhkum edildiyini yazıb.

Başqa tərəfdən Harana xəbər saytı həmçinin Kərəc şəhərinin Rəcayi Şəhr zindanındakı 8 məhbusun edam hökmünün icrası üçün 31 Avqust çərşənbə günündən etibarən bu həbsxananın təcridxanasına köçürüldüyünü yazıb.

Ədliyyə orqanları tərəfindən edama məhkum edilən bu məhbusların ittihamlarından xəbəri olmadığını bildirən Harana, Kərəc şəhərinin Rəcayi Şəhr həbsxanasının qətl və silahlı soyğunçuluq kimi şiddətli cinayətlərdə təqsirləndirilən şəxslərin saxlandığı yer olduğunu yazıb.

İslam Respublikası dünyada edam hökmlərinin icrası üzrə rekorda sahibdir və təkcə 2021-ci ildə İranda ən azı 314 nəfər edam edilib.

Beynəlxalq Amnistiya Təşkilatı bundan öncə illik hesabatında İslam Respublikasının 2017-ci ildən bəri dünyada ən çox edam cəzası həyata keçirdiyini açıqlamışdı.

Bu təşkilat İranda edam hökmünün qeyri-mütənasib şəkildə ölkədəki azlıqlara tətbiq edildiyini də vurğulayıb. Məsələn, Amnesty İnternational bildirib ki, qeydə alınan edam qurbanlarının ən azı yüzdə 19 İran əhalisinin yalnız yüzdə 5-ni təşkil edən Bəluç azlığına aiddir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Avropa rəsmiləri: İranın cavabı məntiqsiz və məyusedicidir

Sentyabr 4, 2022
1 dəqiqədə oxunur
Avropa rəsmiləri: İranın cavabı məntiqsiz və məyusedicidir