İranwire-ə çatan xəbərlərə görə, 21 Sentyabr 2022 çərşənbə günü axşam Amol əhalisinin etirazları zamanı “İrfan Rizayi” adlı gənc öldürülüb.
Xəbərə görə, Amoldan olan 21 yaşlı Möhsün oğlu İrfan Rizayi çərşənbə günü axşam Amol fərmandarlığı qarşısında Məhsa Əmininin qətlinə qarşı keçirilən ümumi etirazlarda öldürülüb.
Bu mənbənin sözlərinə görə, İrfan Rizayinin cənazəsi hələ ailəsinə təhvil verilməyib, lakin ailəsi onun ölüm xəbərini təsdiqləyib.
Amoldan yayılan videolara görə, Amol fərmandarlığı qarşısında xalqla çevik və təhlükəsizlik qüvvələrinin arasında şiddətli qarşıdurma olub; Təhlükəsizlik qüvvələri insanlara atəş açıb və etirazçılar fərmandarlığın bəzi hissələrini də yandırıblar.
Mazaenderan əyalətinin Amol şəhərində etirazların intensivliyi və insanların olması o həddə çatıb ki, bu şəhərdən yayımlanan bəzi videolarda xüsusi təyinatlılar və agentlər etirazçılardan qaçıblar. Bununla belə, təhlükəsizlik qüvvələrinin Amolda insanlara birbaşa atəş açması ilə bağlı videolar da yayımlanıb.
Bu genişmiqyaslı etirazlardan sonra və İranda internet kəsilməsinə və geniş miqyasda pozulmalara baxmayaraq, bir çox xəbərlər və hesabatlar hələ dərc olunmayıb. Lakin ölən və həbs olunanların adları hələ də açıqlanır.
Şərhlər