close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranwire-ə özəl; İnqilab Keşikçiləri komandirlərinin ailələrinin “təhlükəsiz yerə” köçürülməsi

Sentyabr 27, 2022
1 dəqiqədə oxunur
İranwire-ə özəl; İnqilab Keşikçiləri komandirlərinin ailələrinin “təhlükəsiz yerə” köçürülməsi

İranwire-in  aldığı xəbərə görə, İranda hökumət əleyhinə etirazların artması ilə İnqilab Keşikçiləri komandirləri öz ailə üzvlərini Tehrandakı "təhlükəsiz yerə" köçürüb və orada mühafizə altına alıblar.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən birinin yaxın qohumu olan məlumatlı mənbənin “İranwire”ə verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin ailələri bu komandirlərin etirazçılar tərəfindən İran hökumətini devirmək qorxusu ilə Tehranda gecə-gündüz mühafizə altında olan “Neft Şirkəti” otelinə köçürülüb.

O, ayrıca bildirib ki, etirazlar güclənərsə və hökumət devrilməmişdən öncə onlara Gürcüstana köçürüləcəkləri vəd edilib.

Ötən günlərdə İran xalqının İslam Respublikası sisteminə qarşı etirazları şiddətlənib. Etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən repressiyaya məruz qalmasına və öldürülməsinə baxmayaraq, vətəndaşlar onlara qarşı durur və etirazlarını davam etdirirlər.

Sosial şəbəkələrdə etirazçıların özlərini müdafiə etmək üçün “Molotov kokteyli” və daşlardan istifadə etdiklərini əks etdirən videolara baxmaq olar.

İranlı etirazçıların qəzəbi Əxlaq Polisi tərəfindən həbs edilən “Mahsa (Jina) Əmini”nin öldürülməsi ilə başlayıb, lakin qısa zamanda İran hökumətinə qarşı ümummilli etirazlara çevrilib. Etirazçılar son on gündə İslam Respublikasının lideri Əli Xamenei və bütün sistem əleyhinə şüarlar səsləndiriblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

İranda etiraz aksiyaları ilə eyni vaxtda Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

Sentyabr 26, 2022
İranda etiraz aksiyaları ilə eyni vaxtda Abbas Lisaninin telefon danışığına qadağa qoyulub