close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Etiraz aksiyaları zamanı xarici turistlərin saxlanılması

Noyabr 8, 2022
1 dəqiqədə oxunur
Etiraz aksiyaları zamanı xarici turistlərin saxlanılması

İranın Turist Bələdçiləri Birliyinin İdarə Heyətinin sədri Möhsün Hacı Səid İranda ümumi etirazlar zamanı çoxlu sayda xarici turistin həbs edildiyini açıqlayıb.

Möhsün Hacı Səid İranda həbs edilən turistlərin sayına toxunmadan deyib: Təəssüf ki, sırf maraqdan ölkədə baş verən son hadisələrin şəkillərini çəkən bəzi xarici turistlərin həbs olunduğunun şahidi olduq.

İran Turist Bələdçiləri Birliyinin İdarə Heyətinin sədri əlavə edib: “Ölkədə təhlükəsizliyin təmin olunmasına cavabdeh olanlara bildirilməlidir ki, turistlərin təhlükəsizliyi və onun beynəlxalq əks etdirilməsi vacibdir”.

30 Sentyabrda İslam Respublikasının Kəşfiyyat Nazirliyi 9 Avropa vətəndaşının həbs edildiyini iddia edərək, onları "casusluqda və ölkədə iğtişaşlar yaratmaqda" günahlandırıb. Hələlik bu şəxslərin bəzilərinin adları internet saytlarında dərc olunub. Fransa, İtaliya və İspaniya vətəndaşlarının həbsini təsdiqləyib və İran Kəşfiyyat Nazirliyinin iddiasını rədd edərək, onların dərhal azad edilməsini tələb ediblər. Bir sıra digər Avropa ölkələri, o cümlədən Almaniya da öz vətəndaşlarından bu ölkəyə səfər etməməyi xahiş edib.

Möhsün Hacı Səid təhlükəsizlik qurumlarına da vurğuladı: "Yanlış yerdə görünən bütün turistlər mütləq casus deyillər."

İranın Turist Bələdçiləri Birliyinin üzvü Əkbər Qəmxar bazar ertəsi keçirilən iclasda İrana turist turlarının ən azı yüzdə 70-nin tamamilə ləğv edildiyini açıqlayıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İsmayıl Heydəri; 18 yaşlı gəncin cəsədi 20 gün təhlükəsizlik qüvvələrinin əlində qaldı

Noyabr 7, 2022
2 dəqiqədə oxunur
İsmayıl Heydəri; 18 yaşlı gəncin cəsədi 20 gün təhlükəsizlik qüvvələrinin əlində qaldı